ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) Marsda gələcəkdə insan enişi üçün uyğun ola biləcək yerləri axtarmaq üçün “Ingenuity” robot-helikopterindən istifadə etmək niyyətindədir.
Xeberler.az Nasa-ya istinadən məlumat verir ki, 2028-ci ildə Amerikanın nüvə hərəkətverici sistemə malik ilk planetlərarası kosmik gəmisi buraxılacaq. Bu, astronavtlar üçün gələcək eniş yerlərini tapmaq məqsədilə “Ingenuity” helikopterləri də daxil olmaqla “SkyFall” faydalı yükünün Marsa çatdırılmasına imkan verəcək.
NASA əvvəllər ABŞ-nin 2040-cı ildən əvvəl Marsa pilotlu missiya təşkil edə biləcəyini bəyan etmişdi.
Kosmik agentliyin məlumatında qeyd edilib ki, NASA mütəxəssisləri yuxarıda adı çəkilən “SR-1 Freedom” kimi tanınan nüvə enerjisi ilə işləyən kosmik gəmini minimal əlavə xərclərlə hazırlamağı planlaşdırırlar. Bu prosesin ən son texnoloji avadanlıqların, orbital buraxılış xidmətlərinin və dayandırılmış “Gateway” proqramı çərçivəsində əldə edilən digər aktivlərin istifadəsi ilə həyata keçiriləcəyi gözlənilir. Proqrama “Gateway” Ay stansiyasının tikintisi də daxildir. NASA “SR-1 Freedom” roverinin hazırlanması və Marsa çatdırılmasına təxminən 2,1 milyard dollar xərcləməyi planlaşdırır.
Qeyd edək ki, NASA 2021-ci ildən 2024-cü ilə qədər Marsı araşdırmaq üçün “Ingenuity” helikopterindən istifadə edib. Nəqliyyat vasitəsi “Perseverance” roveri ilə birlikdə Qırmızı planetə 2021-ci ilin fevral ayında çatdırılıb. “Ingenuity” indiyədək 72 uçuş həyata keçirib. Agentlik qeyd edib ki, təxminən 1,8 kiloqram çəkisi olan kosmik aparatın yaradılması 80 milyon dollara başa gəlib. NASA Marsın əlçatmaz ərazilərini araşdırmaq, planetin səthinin 3D xəritələrini yaratmaq və digər elmi tapşırıqları yerinə yetirmək üçün “Ingenuity”dən uğurla istifadə edib. 2024-cü ilin yanvar ayında NASA mütəxəssisləri helikopterin zədələnməsi səbəbindən onun istifadəsini dayandırdıqlarını açıqlayıblar.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları