Bakı Sağlamlıq Mərkəzi (BSM) Səhiyyə Nazirliyinin yaratdığı Tibbi Rəqəmsal Əkiz Sisteminə (TRƏS) uğurla inteqrasiya olunub. Nəticədə mərkəzdə son illər ərzində toplanmış 3,5 milyondan artıq tibbi məlumat vahid elektron platformaya köçürülərək vətəndaşların fərdi elektron sağlamlıq tarixçələrinə daxil edilib.
Xeberler.az bildirir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu inteqrasiya Azərbaycanda rəqəmsal səhiyyə ekosisteminin formalaşdırılması istiqamətində mühüm mərhələdir. BSM-də formalaşan tibbi məlumatlar vahid TRƏS sistemində toplanacaq ki, bu da həkimlər, həm də pasiyentlər üçün tibbi məlumatlara çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
TRƏS vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanması, emalı və idarə olunmasını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır. TRƏS laborator müayinələr və həkimə təkrar müraciətləri azaltmağa imkan verir. Bundan əlavə, sistem dövlət və özəl tibb müəssisələrində formalaşan aktual tibbi məlumatların həkimlər üçün əlçatan olmasını təmin edir, müalicənin təyin olunması zamanı daha dəqiq klinik qərarların qəbulunu dəstəkləyir, tibbi yardımın fasiləsizliyinə töhfə verir və səmərəliliyini artırır.
BSM-də tibbi xidmətlərin idarəolunması Xəstəxana İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Bu sistemdəki göstəricilər tibbi məlumat mübadiləsi üzrə beynəlxalq HL7 FHIR standartına uyğunlaşdırılıb. İnteqrasiya nəticəsində mərkəzin arxiv məlumatları vahid sistemə köçürülüb, bundan sonra isə bütün yeni tibbi məlumatlar real vaxt rejimində avtomatik olaraq TRƏS-ə ötürüləcək.
BSM-in icraçı direktoru Asiman Həsənov qeyd edib ki, TRƏS platformasına inteqrasiya müəssisənin rəqəmsal transformasiyasında mühüm mərhələdir: “Bu sistem pasiyentlərin tibbi məlumatlarının vahid elektron xəstəlik tarixçəsində saxlanılmasını, eləcə də onların həyatı boyu toplanan tibbi məlumatlara operativ və təhlükəsiz çıxışın təmin edilməsini mümkün edəcək. Nəticədə tibbi xidmətlərin keyfiyyəti və əlçatanlığı əhəmiyyətli dərəcədə artacaq”.
TRƏS-ə giriş dövlət rəqəmsal identifikasiya platforması olan “myGov ID” vasitəsilə həyata keçirilir. Bu yanaşma istifadəçilərin etibarlı identifikasiyasını və autentifikasiyasını təmin edir, sistemə təhlükəsiz çıxışı və şəxsi tibbi məlumatların yüksək səviyyədə qorunmasını təmin edir.
Hazırda Səhiyyə Nazirliyi digər dövlət və özəl tibb müəssisələrinin də TRƏS-ə mərhələli şəkildə qoşulmasını davam etdirir.
Bu inteqrasiya Azərbaycanın rəqəmsal səhiyyəsinin inkişafına mühüm töhfə verəcək, həkimlər və vətəndaşlar üçün toplanmış tibbi məlumatlara geniş çıxış imkanları yaradacaq, daha müasir, şəffaf və əlçatan tibbi xidmətlərin göstərilməsinə şərait yaradacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları