Azərbaycanda kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir.
Xeberler.az məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günündə bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda kibertəhlükəsizlik mühüm əhəmiyyət daşıyır: "Bu sahə artıq nəinki taktiki, hədəf strateji prioritetə çevrilir. Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə fəaliyyət planı çərçivəsində ölkəmizin milli kibertəhlükəsizlik ekosisteminin daha da genişləndirilməsi, bu istiqamətdə hüquqi normativ aktların təkmilləşdirilməsi, milli ekosistem formalaşdırılması, bu istiqamətdə xüsusən bilikli və bacarıqlı mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Bu fonda Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi öz fəaliyyətini davam etdirir. Bu fəaliyyət çərçivəsində klassik hücum və müdafiə nöqteyi-nəzərindən perspektivlə "Red & Blue Team" dediyimiz mütəxəssislər yetişdirilir".
F.Osmanov qeyd edib ki, təlim tədris proqramları ilə yanaşı qarşıda duran hədəf əldə edilmiş bilik və bacarıqlarla kibertəhlükəsizlik məhsullarının yaradılması aspektidir: "Bu günə qədər AKM 70-dən artıq "hackaton" proqramları tədbirləri keçirib, 7-dən artıq kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məhsulu formalaşdırıb. Bunlardan bir neçəsi artıq aktiv şəkildə öz satış və biznes proseslərinə başlayıb".
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları