ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası (NASA) 2028-ci ilin sonunadək nüvə enerjisi ilə işləyən “Space Reactor 1” adlı kosmik aparatın hazırlanması və Marsa göndərilməsi üçün təxminən 2,1 milyard ABŞ dolları xərcləməyi planlaşdırır.
Xeberler.az Nasa-ya istinadən məlumat verir ki, layihənin dəyəri ilkin hesablamalara əsasən 2,1 milyard dollar təşkil edir və satınalma prosesi davam etdikcə bu məbləğ dəqiqləşdiriləcək. Layihənin maliyyələşdirilməsi 2026–2029-cu illəri əhatə edəcək.
Yeni kosmik aparat Marsın səthinə kəşfiyyat məqsədilə “Ingenuity” texnologiyası əsasında hazırlanmış üç robot helikopter çatdıracaq. “SkyFall” proqramının ümumi dəyəri isə hələ açıqlanmayıb.
Qeyd edək ki, “Ingenuity” helikopteri 2021–2024-cü illərdə Marsda 72 uçuş həyata keçirərək əlçatmaz ərazilərin tədqiqi və planetin səthinin xəritələşdirilməsində mühüm rol oynayıb. NASA 2024-cü ilin yanvarında aparatın zədələnməsi səbəbindən onun missiyasının başa çatdığını elan edib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları