Previous Next
Bağla

Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

22-07-2026 11:44
Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi ilə kibertəhlükəsizlik dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Bu sahədə milli potensialın gücləndirilməsi, peşəkar kadr hazırlığının genişləndirilməsi və kibertəhlükəsizlik ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl işlər görülür.

Xeberler.az məlumat verir ki, bu sözləri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 7-ci məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

F.Osmanov bildirib ki, bu il fevralın 27-də Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş 2026–2028-ci illəri əhatə edən "Rəqəmsal inkişafın sürətləndirilməsi üzrə Fəaliyyət Planı"nda kibertəhlükəsizlik əsas icra istiqamətlərindən biri kimi müəyyən olunub: "Fəaliyyət Planı çərçivəsində ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin qurulması, bu sahədə fəaliyyətin gücləndirilməsi və insan kapitalının inkişafı xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal transformasiya sürətləndikcə kibertəhlükəsizlik məsələləri də daha da aktuallaşır və dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilir".

Onun sözlərinə görə, artıq dördüncü ildir fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin TECHNION Texnologiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində yüksəksəviyyəli mütəxəssislərin hazırlanmasını həyata keçirir: "Bu günədək AKM tərəfindən müdafiə və hücum istiqamətləri üzrə 420-dən çox kibertəhlükəsizlik mütəxəssisi hazırlanaraq əmək bazarına təqdim edilib. Məzunlarımızın 90 faizdən çoxu dövlət və özəl sektorda işlə təmin olunub. Bu göstərici proqramın effektivliyini və əmək bazarının tələblərinə uyğunluğunu bir daha təsdiqləyir".

F.Osmanov qeyd edib ki, AKM yalnız peşəkar kadr hazırlığı ilə kifayətlənmir, eyni zamanda, ölkədə kibermaarifləndirmə istiqamətində də geniş fəaliyyət göstərir. İndiyədək 7 mindən çox vətəndaş kibermaarifləndirmə təlimlərinə cəlb olunub. Bu gün AKM-in 7-ci məzun günü çərçivəsində daha 60 kibertəhlükəsizlik mütəxəssisi məzun olaraq əmək bazarına qoşulur: "Bu buraxılışın fərqləndirici cəhətlərindən biri ondan ibarətdir ki, ən yüksək nəticə göstərən 5 məzun xarici ölkələrdə fəaliyyət göstərən qabaqcıl kibertəhlükəsizlik və rəqəmsal texnologiya şirkətlərində bir ay müddətində ödənişsiz təcrübə proqramında iştirak etmək imkanı qazanıb. Bu təşəbbüs onların beynəlxalq təcrübə əldə etməsinə və peşəkar bacarıqlarını daha da inkişaf etdirməsinə mühüm töhfə verəcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İRİA: "Kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir"

İRİA: "Kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir"

22-07-2026
Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025
Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

Kibertəhlükəsizlik təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub

02-02-2026
İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

İRİA: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 faizi sahə üzrə çalışır

30-07-2025
Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

Samir Məmmədov: Kibertəhlükəsizlik Mərkəzi milli kibertəhlükəsizlik ekosistemini gücləndirir

09-02-2026
Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

Qurumlarda kibertəhlükəsizlik departamentləri yaradılır

31-01-2024
AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

AzTU ilə İRİA arasında əməkdaşlıq genişlənir

26-07-2024
Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

Samir Məmmədov: “Cyberpark” layihəsi çərçivəsində iki startap fəaliyyət göstərir

30-07-2025
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində ilk Məzun Günü keçirilib

24-07-2023
İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

İRİA: 3 ildə 500 kibertəhlükəsizlik mütəxəssisi əmək bazarına çıxarılıb

09-02-2026
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

Daha 100 nəfər Kibertəhlükəsizlik Mərkəzinin məzunu olub

10-02-2026
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

Kibertəhlükəsizlik Mərkəzinin dördüncü “Məzun Günü” keçirilib

30-01-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

Nazir müavini: "Kibertəhlükəsizlikdə proaktiv yanaşmaya ehtiyac yaranıb"

24-07-2023
Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

Azərbaycanda kibertəhlükəsizlik sahəsində yerli məhsulların hazırlanmasına başlanılıb

13-10-2023
İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

İRİA: "Yerli kibertəhlükəsizlik startapına ciddi maraq var"

09-02-2026
Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim proqramına qeydiyyat başlayıb

03-11-2025
RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb

07-10-2025
İRİA: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər keçirilir

İRİA: Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər keçirilir

30-07-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün 3 gün qalıb

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə