Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025 / 15:38

Təhsil sahəsində rəqəmsallaşmaya mühüm töhfə verəcək “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.

Xeberler.az məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, Elm və Təhsil Nazirliyinin təqdim etdiyi bu yeni sistem, paytaxt Bakıdakı 324 məktəbi əhatə edəcək: “Layihənin əsas məqsədi 500 mindən çox şagird və 30 mindən çox təhsil işçisini vahid bir rəqəmsal platformada birləşdirməkdir. Platforma vasitəsilə şagirdlər dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı əldə edəcəklər.

Məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsi və təhsil prosesinin effektivliyinin artırılması məqsədilə yaradılan bu platforma müəllimlər və valideynlər üçün də yeni imkanlar təqdim edir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə