Previous Next
Bağla

"Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək

07-02-2025 15:26
"Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək
"Ötən gün elm və təhsil naziri Emin Əmrullayev ümumtəhsil sistemində yeni rəqəmsal təhsil platforması haqqında məlumat verib. Söhbət "Rəqəmsal Məktəb" platformasından (digital.edu.az) gedir. Maraqlı və diqqət cəlb edən bir layihədir.
Əslində buna yeni demək də doğru olmazdı".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, xeyli müddət olar ki, nazirlik yenidən məktəblərin rəqəmsallaşmasını, məktəblərdə e-jurnal, e-gündəlik məsələlərini işə salmışdı:
 
"Yəni on illər öncə start verilən, lakin uğurlu alınmayan "Elektron məktəb" layihəsini Nazirlik bir neçə il öncə yeni keyfiyyətdə fəaliyyətini canlandırmışdı. Yeni rəqəmsal transformasiya layihələri icra olunurdu.
 
İndi görünən odur ki, Nazirlik yetərincə rəqəmsallaşmış, elektron jurnal və elektron gündəliyə malik olan, ümumiyyətlə tədris və idarəetmə üzrə keyfiyyətli datası olan məktəbləri vahid bir rəqəmsal platformada birləşdirməyə qərar verib".
 
Qeyd edək ki, hələlik 324 məktəbin bu rəqəmsal platformaya qoşulması nəzərdə tutulub.
 
Osman Gündüzün sözlərinə görə, platformada şagirdlərin dərslərə onlayn qoşulmaq, tapşırıqları yerinə yetirmək və təhsil prosesini izləmək imkanı yaradılıb. İndiyədək bu istiqamətdə Elm və Təhsil Nazirliyində mövcud olan rəqəmsal təhsil resurslarının platformaya inteqrasiyası onun əhəmiyyətini xeyli artıracaq:
 
"Görünən odur ki, burada valideynlərə yönəlik istiqamət daha qabarıqdır.
 
Yəni valideynlər üçün uşaqların tədrisinə nəzarət, məktəblə əlaqələrin effektiv qurulmasına daha əlçatan imkanlar verilib.
 
His olunur ki Elm və Təhsil Nazirliyinin datası digər dövlət qurumların informasiya sistemlərinə inteqrasiya olunub. Əlçatan olan SİMA imza ilə "Rəqəmsal Məktəb"ə daxil olan valideynlər dərhal orada övladlarını görə bilirlər, məktəblə əlaqə qura bilirlər".
 
Ekspert bildirir ki, eyni zamanda son bir neçə ildə RİNN-in "Onlayn Azərbaycan" layihəsinin reallaşması ilə xeyli sayda məktəblərin keyfiyyətli internet bağlantısı imkanları da genişlənib. Müəllimlərin rəqəmsal bacarıqları artıb:
 
"Düşünürəm ki indiki anda, təhsil sistemində formalaşmış datanın, inteqrasiyaların və rəqəmsallaşmanın nəticəsi olaraq yeni dəyər formalaşdırmaq, belə platformanı işə salmaq doğru və faydalı bir yanaşmadır.
 
Amma hələlik kağız formada olan jurnalların ləğvi, yalnız e-jurnal saxlamaq riskli ola bilər. Hansısa keçid dövrü müəyyən etmək, toplanmış təcrübəni analiz etmək, təhlükəsizlik məqamlarını və e-jurnallar datasının toplanması ənənəsini formalaşdırdıqdan sonra bu məsələyə baxmaq doğru olardı.
 
Düşünürəm ki, "Rəqəmsal Məktəb" platforması təhsilin rəqəmsal transformasiyasını xeyli sürətləndirəcək.
 
Platforma həm məktəblərin idarəetmə sisteminin təkmilləşdirilməsinə, həm də təhsil prosesinin effektivliyinin artırılmasına mühüm töhfə verəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025
Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

18-09-2021
“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

28-04-2026
Ekspert: “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçün faydalıdır

Ekspert: “Rəqəmsal Məktəb” platforması həm də valideynlər üçün faydalıdır

10-02-2025
“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

02-02-2026
Rəqəmsal məktəb platforması istifadəyə verilib

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026
“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

“Elektron məktəb” layihəsinə 1000 məktəb qoşulacaq

04-04-2012
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022
"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011
“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022
“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Nazir: Rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır

Nazir: Rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır

29-09-2025
Neçə məktəbin keyfiyyətli internetə əlçatanlığı var ?

Neçə məktəbin keyfiyyətli internetə əlçatanlığı var ?

29-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə