Previous Next
Bağla

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025 10:53
Rəqəmsal məktəb platforması istifadəyə verilib

Müasir təlim texnologiyalarının tədris prosesinə inteqrasiyasının təmin edilməsi, interaktivlik və əlçatanlıq üçün milli onlayn “Rəqəmsal məktəb” təhsil platforması fəaliyyətə başlayıb.

Xeberler.az məlumat verir ki, ilkin mərhələdə “Rəqəmsal məktəb” platforması Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq edilir. Sözügedən platforma təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” və “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. “Rəqəmsal məktəb” platformasından istifadə etmək üçün şagird, valideyn, müəllim və məktəb rəhbərləri istənilən cihazdan www.reqemsal.edu.az və yaxud www.digital.edu.az keçidi vasitəsilə fərdi kabinetlərinə giriş edə biləcəklər.

“Rəqəmsal məktəb” platformasında inkişaf mərhələsi çərçivəsində bir sıra funksionallıqların artırılması nəzərdə tutulub. Belə ki, hər bir tədris müəssisəsi üzrə valideynlərin iştirakını artırmaq məqsədilə xüsusi “Valideynlərin rəyləri” funksiyası tətbiq ediləcək. Platformada hər tədris müəssisəsi üzrə valideynlər üçün xüsusi bölmə yaradılacaq ki, bu bölmədə valideynlər sorğularda iştirak edəcəklər. Sorğunun keçirilməsində məqsəd təhsil prosesində müəllimlərin fəaliyyətinə dair valideynlərin rəy və təkliflərini toplamaqdır. Sorğular, əsasən, müəllimin dərsi izahetmə bacarığı, övladının dərsə marağını artırmaqda müəllimin rolu, verilən tapşırıqların mütəmadi olaraq yoxlanılması, müəllimin şagirdlərlə ünsiyyət və davranış tərzi kimi məsələləri əhatə edəcək.

“Rəqəmsal məktəb” platforması haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025
Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025
“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026
“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025
“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

“Rəqəmsal məktəb” valideyn–məktəb əməkdaşlığında yeni imkanlar yaradır

02-02-2026
“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

“Rəqəmsal məktəb”: hər valideynin fikri dəyərlidir

03-02-2026
Məktəb icmalarının saytı fəaliyyətə başlayıb

Məktəb icmalarının saytı fəaliyyətə başlayıb

15-12-2015
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

06-02-2025
Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

Eşqi Bağırov: “Rəqəmsal məktəb” daha 5 şəhərdə tam tətbiq olunacaq

28-04-2026
“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

“Rəqəmsal məktəb”- direktorla ünsiyyətin daha asan yolu

27-02-2026
“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

“Rəqəmsal məktəb”platformasından 685 mindən çox istifadəçi yararlanır

05-01-2026
Qrant layihəsinin təqdimatı keçirilib

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018
“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

“Virtual məktəb” layihəsi üzrə 150 min şagird qeydiyyatdan keçib

07-04-2020
WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026
İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

İndiyədək məktəbəhazırlıq qruplarına 24 072 uşaq qeydiyyatdan keçib

21-08-2024
“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

“BilBacar” müsabiqəsində iştirak üçün məktəb qeydiyyatı aparılır

03-11-2025
Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09-06-2026
Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

Rəqəmsal bacarıqlar layihəsi çərçivəsində ixtisasartırma təlimi

20-11-2018
Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012
Sabahdan məktəb və müəllim seçimi başlayır

Sabahdan məktəb və müəllim seçimi başlayır

05-05-2025
“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

“Rəqəmsal məktəb” platformasından istifadə üçün təlimlərin təşkili davam edir

28-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə