Bakının UBER-lərinə pulsuz Wi-Fi quraşdırılıb

26-06-2015 / 17:07

Bakının UBER-lərinə pulsuz Wi-Fi quraşdırılıb.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə UBER-in Azərbaycana aid bloqunda paylaşılıb:

“Günü-gündən sürəti artan şəhərimizdə daima digər insanlarla əlaqədə qalmaq, ən son yeniliklərdən xəbərdar olmaq və dolayısı ilə günün hər anında İnternetə bağlı olmağın önəminin necə artığı heç kəs üçün sirr deyil. Uber komandası olaraq biz də bu ehtiyacı hər an hiss edirik. İstifadəçilərimizin A nöqtəsindən B nöqtəsinə səyahət etdikdə belə rahat-rahat dost və yaxınları ilə əlaqədə qalması üçün bütün avtomobillərimizə WiFi əlavə etdik. Belə ki, bu gündən başlayaraq hər bir istifadəçimiz Uber avtomobillərində ödənişsiz 3G İnternetdən istifadə edərək səyahətini daha maraqlı edə bilər.

Bunun üçün heç bir xüsusi prosedura ehtiyac yoxdur. Avtomobildə əyləşdikdən dərhal sonra istər telefon, istər planşet istərsə də kompüterinizin WiFi özəlliyini açın, Uber adlı WiFi şəbəkəsinə qoşulun. Şəbəkənin şifrəsi: uber1234

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə