Uber 1 milyard dollarlıq investisiya almağa hazırlaşır

25-10-2015 / 21:49

Üç ay əvvəl də yüksək məbləğdə investisiya alan Uber qısa müddət ərzində 1 milyard dollarlıq investisiya almağı planlaşdırır.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, investorlar Uber-in alacağı investisiyadan sonra büdcəsinin 60-70 milyard dollar arasında olacağını təxmin edirlər.

Mütəxəssislərin fikrincə, Uber bu investisiyanı alsa, dünyanın ən dəyərli xüsusi startap layihəsi olacaq.

Uber hazırda dünyanın 63 ölkəsində 300-dən çox şəhərdə, minlərlə sürücü ilə müqavilə bağlayaraq hər gün milyonlarla insana xidmət göstərən ən böyük startap layihələrindəndir.

Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə