“Bloomberg”-dən verilən xüsusi xəbərə görə, Google öz taksi proqramını inkişaf etdirir. Tətbiqin Google işçiləri tərəfindən hazırda istifadə olunduğu bildirilir və Google-un sürücüsüz nəqliyyat vasitələriylə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Google bu günə qədər Uber-in ən böyük dəstəkçilərindən biri olub. Google Ventures-in tarixindəki ən böyük investisiyası 2013-cü ilin avqustunda Uber-ə etdiyi 258 milyon dollarlıq sərmayə idi. Sürücüsüz nəqliyyat vasitələri inkişaf etdirən Google bir gün Uber-i satın aldığını bildirsə, güman ki, çox az adam üçün bu sürpriz bir inkişaf olardı.
Google-un Uber-ə rəqib ola biləcək bir taksi çağırma proqramını inkişaf etdirməsi isə təxmin edə biləcəyiniz kimi ən başda Uber-i narahat edir. Verilən məlumata görə, test edilən proqramın ekran görünüşləri ilə tanış olan Uber-in idarə heyəti üzvləri Google-un rəhbərlərindən biri olan David Drummondın istefa etməsini istəməyi düşünür.
Sürücüsüz nəqliyyat vasitələri Uber-in qurulduğu ilk gündən bu yana yol xəritəsində olsa da, bu sahədə özbaşına işə başlayacağı ehtimallar arasında görülmürdü. Çünki taksi çağırma tətbiqi və sürücüsüz vasitələr bir-birini tamamlayacaq şəkildə Google və Uber-i gələcəkdə bir araya gətirəcəyini düşündüyümüz iki məhsuldur. Hər iki şirkətin bu kritik sahələrdə öz başlarına hərəkət etməyi seçməsi uzun bir rəqabətin ilk xəbərçisi olaraq tarixə qarışmış ola bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri