BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar

30-01-2025 / 11:48

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Cücələrim" startapı II yerə layiq görülüb və “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.

Xeberler.az bildirir ki, mükafatlandırma mərasimi “ASAN xidmət”in "Demo Day" tədbirində keçirilib. 12 ali təhsil müəssisəsi və 2 mindən çox tələbənin iştirak etdiyi layihədə BANM-in startapı ən yaxşı layihə seçilib.

Layihənin elmi rəhbəri Biznes kafedrasının müdiri Altay İsmayılov, komanda üzvləri isə biznesin idarə edilməsi ixtisasının tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva, eləcə də kimya mühəndisliyi ixtisasının tələbəsi Kənan Məhərrəmlidir.

Tələbələr Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramında iştirak etmək imkanı qazanıblar.

"Cücələrim" erkən yaşda uşaqların nitq qabiliyyətlərinin inkişafını dəstəkləyən, dünyagörüşünü genişləndirən və milli dəyərləri aşılayan tətbiqdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə