Previous Next
Bağla

Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən proqnozlar

07-07-2017 13:07
Bill Gates-in 18 il əvvəl verdiyi və reallığa çevrilən proqnozlar

Microsoft şirkətinin təsisçisi, dünya şöhrətli sahibkar Bill Gates 1999-cu ildə “Fikir sürətli biznes” (Business @ the Speed of Thought) adlı kitab yazıb.

Kitabda o, texnoloji gələcək haqqında o zaman üçün çox cəsarətli və inanılmaz  proqnozlar verib.

Xeberler.az İnformasiya Texnologiyaları İnstitutununa istinadən məlumat verir ki, hightech.fm saytı həmin proqnozlar və onların reallığa çevrilməsi ilə bağlı məlumatları təqdim edib.

Qiymətlərin müqayisəsi üçün saytlar

Proqnoz: “Mağazalarda olan qiymətləri müqayisə etmək üçün avtomatik xidmət yaranacaq. Bu xidmət insanlara fərqli saytlardan qiymətləri görməyə və böyük cəhd göstərmədən sahəsindən asılı olmayaraq ən ucuz məhsulu tapmağa imkan verəcək”.

Hazırda: Bu gün istənilən məhsulu Google yaxud Amazon-dan axtarmaq və eyni malları müxtəlif qiymətlərdə görmək mümkündür. NextTag, PriceGrabber və Яндекс.Маркет kimi resurslar xüsusi olaraq qiymət müqayisəsi üçün nəzərdə tutulub.

Mobil qurğular

Proqnoz:“İnsanlar harada olmaqlarından aslı olmayaraq bir-birlərilə hər zaman əlaqə sağlamağa və kompüterdən istifadə etməyə imkan verəcək kiçik qurğulara sahib olacaqlar. Onlar xəbərləri oxuya, maliyyə bazarlarından məlumat ala, bir sözlə bu cihazlarla hər bir işi görə biləcəklər”.

Hazırda: Bəli, Bill bu proqnozu ilə smartfonları nəzərdə tuturdu.

Onlayn ödənişlər, bank xidmətləri və onlayn tibb

Proqnoz:“İnsanlar həkimləri ilə əlaqə saxlaya, maliyyə problemlərinin həlli və pul ödənişlərini onlayn həyata keçirə biləcəklər”.

Hazırda: Rusiyada istifadəyə verilən ZocDoc və  DocDoc kimi xidmətlər mövcuddur ki, onlar həkim tapmağa, onun haqqında rəyləri öyrənməyə və qəbuluna yazılmağa imkan yaradır.LendingClub kimi saytlarda kreditə pul götürmək və PayPalvə ya Venmo vasitəsilə asanlıqla ödəniş etmək mümkündür.

Şəxsi köməkçilər və “Əşyaların İnterneti”

Proqnoz: “Gələcəkdə personal köməkçilər olacaq. Onlar şəxsin evdə və ya ofisdə olmasından asılı olmayaraq bütün qurğuları birləşdirəcək və məlumat mübadiləsi aparmağa imkan verəcək.Qurğuistifadəçinine-poçtu vəbildirişləri yoxlayacaq, lazım olan məlumatları onatəqdim edəcək”.

Hazırda: Smartfonda işləyən Google Now adlı ağıllı qurğu müasir dövrün şəxsi köməkçisidir. Amazon Alexa, Google Assistent, Siri kimi səs ilə idarə olunan köməkçiləri də buraya aid etmək olar.

Mənzillərin onlayn videomonitorinqi

Proqnoz: “Videonəzarət qurğuları insanlar öz mənzillərində olmadıqda belə evə kimin gəlib-getdiyi haqda məlumat verə biləcəklər”.

Hazırda: Google 2014-cü ildə Dropcam şirkətini (evlərə nəzarət edən kameranın yaradıcısı) 555 milyon dollara satın almışdır.  Ring şirkəti isə mənzilə kimin gəldiyini onlayn rejimdə göstərən ağıllı qapı zəngi üzərində işləyir. Hətta lazer çubuğlarına nəzarət edən PetCube kimi kameralar mövcuddur ki, bu qurğular insan evdə olmayanda onlara ev heyvanları ilə oynamağa imkan verir.  

Sosial media

Proqnoz: “Şəxsi veb-səhifələr sizin dostlar və ailə üzvləriniz üçün adiləşəcək. Onlar insanlara öz yaxınları ilə yazışmağa və planlar qurmağa imkan verəcək”. 

Hazırda: Bu gün bütün dünyada məşhur olan Facebook, Snapchat, Instagram, WhatsApp, Messenger kimi sosial şəbəkələr Gates-in həmin proqnozlarının reallığa çevrildiyini sübut edir.  

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bill Geytsin təxminləri doğru çıxıb

19-08-2019

Süni intellekt insanın nə qədər yaşayacağı barədə proqnoz verəcək

06-06-2017

Dünyanın ən zəngin insanı kimdir?

01-08-2017

“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017

Amazon yeni sosial şəbəkə istifadəyə verib

20-07-2017

100 milyard dollarlıq sərvətini ailəsi ala bilməyəcək

24-01-2018

Bill Gates gələcəyin 3 əsas peşəsini açıqlayıb

26-12-2016

Sizcə 1980-ci ildə Bill Gates və Steve Jobsu nə işlə məşğul idi?

11-10-2010

Bir telefon nömrəsini müxtəlif qurğularda istifadə etmək mümkündür

16-10-2015

Bill Gates sərvətini kimə bağışlayacaq?

03-02-2016

İnsanlar gələcəkdə 500 il yaşayacaq

12-03-2015

Proqnoz.az idman portalı yeniləndi

12-10-2010

Shoelace eksperimental sosial şəbəkəsi istifadəyə verilib

15-07-2019

Microsoft yeni Windows phone telefonlarını təqdim edir

09-10-2009

Amazon yeni çatdırılma xidmətini istifadəyə verib

26-10-2017

Proqnoz.az saytı fəaliyyətə başladı

05-06-2010

Bill Gates gününü necə keçirir?

23-08-2017

Avtomobil və qapı zəngini birləşdirən sistem hazırlanıb-Video

10-09-2016

Bill Gates DJ-lik karyerasına başladı

27-02-2016

Ubtech Lynx- şəxsi ev köməkçisi

09-01-2017

Instagram-ın ən zəngin yeni istifadəçisi

15-08-2017

Gates xəbərdarlıq etdi: “Bitcoin ölümlərə səbəb olur”

28-02-2018

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019

Bill Gates: “Övladlarıma 14 yaşa qədər mobil telefon almadım”

24-04-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə