Previous Next
Bağla

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019 10:24
Məşhurlar öz klonlarından pul qazana biləcək

Tezliklə dünyadakı məşhurlar öz klonlarından da pul qazana biləcəklər. Xeberler.az bildirir ki, bir qədər əvvəl ABŞ-ın «Genies» şirkəti məşhurların avatarlarının idarə olunması üzrə rəqəmsal agentlik yaradıb. Sözügedən şirkət bu sahədə böyük yeniliyin başlanğıcını qoyub və özünü dünyada ilk rəqəmsal insan irqinin yaradıcısı elan edib. 

Nəzəri olaraq məşhurlar, hansı ki, sponsorlardan böyük pullar alırlar, əslində eyni vaxtda iki yerdə olmaqla, ikiqat qazana bilərlər. «Genies» də bəyan edir ki, həmin şəxslərə belə imkan yaratmağa hazırdır – «onlar özlərinin ikinci «Mən»in idə idarə edə biləcəklər»-deyə şirkət bildirir. 

«Fərqi yoxdur ki, sizin əsas hissəniz hardadır – kortda,  studiyada və sair – «Genies» sizin ola bilmədiyiniz yerdə sizin  şəxsiyyətinizi təmsil etməyə hazırdır». – deyə şirkət göstərdiyi xidmətin detallarını açıqlayır. 

Bu proses artıq başlanıb. Hazırda «Genies» bir sıra məşhurların avatarlarını idarə edir. Onların arasında DJ Khaled, Russell Westbrook, Steve Aoki və başqaları. «Genies» onların rəqəmsal klonlarını idarə edir. 

Maraqlısı odur ki, bu ideya və şirkət əvvəlcə tamamilə fərqli məqsəd üçün yaradılmışdı. «Avatar agentlik» əvvəlcə xəbər tətbiqi kimi yaradılmışdı. Burada xəbərləri avatarlar oxuyur, gündəm xəbərləri avatarlar vasitəsilə təqdim edilirdi.
Şirkət sonradan başa düşdü ki, məşhurları öz brendlərini yaratmağa kömək etməklə daha çox pul qazana bilər. 

Avatarlarla fantaziyaların həddi hüdudu yoxdur. Bu variantda insanlar istənilən brendlərdən istifadə edir. Və onların həmin brendlərə rəğbəti yaranır. Nəticədə həmin şəxslər real həyatda da bu brendlərə üstünlük verməyə başlayırlar. 
 Şirkət bəyan edir ki, bizim fiziki və rəqəmsal dünyalarımız arasında sərhədlərin sürətlə silindiyi bir vaxtda hər bir şəxsin özünü təqdim etməsi üçün avatara ehtiyacı var.  

Hazırda bu sahəni, yəni avatarlara olan hüquqları tənzimləyən,  qanun yoxdur. «Genies» bildirir ki, bu vəziyyət problem yaradır, çünki boşluq imkan verir ki, insanın avatarından onun icazəsi olmadan istifadə edilsin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023

Avtomobillərə etibarnamə telefon vasitəsilə veriləcək

15-10-2019

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

13-03-2023

Azərbaycanlıların hazırladığı tətbiq «Zoom», «Tik-Tok», «Facebook» və «Youtube»u - GERİDƏ QOYDU

07-12-2020

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

«Aztelekom» İstehsalat Birliyi «Evə zəng» danışıq sisteminin testləşdirilməsini dayandırıb

04-03-2009

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022

Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019

Azərbaycanın texnologiya şirkətinin satışları kəskin azalıb

30-08-2022

«Facebook»dan abunəçilərin silinməsi ilə bağlı açıqlama

13-10-2022

GoldenPay fəaliyyətini genişləndirməkdə davam edir

18-08-2009

«Azercell» korporativ tariflərini yeniləyir

03-08-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə