Azercell SimSim abunəçiləri üçün yeni sərfəli tarif paketini istifadəyə verib.
İyunun 3-dən etibarən Azercell Fakturasız xətt (SimSim) abunəçiləri üçün yeni Azercellim tarifini təqdim edir.
Xəbərlər-in verdiyi məlumata görə, yeni tarif Azercell abunəçilərinə daha sərfəli danışıq imkanı yaradır. Belə ki, bu tarifə qoşulan abunəçilər indi şəbəkədaxili zənglərin 1 dəqiqəsi üçün 4, şəbəkəxarici zənglərin 1 dəqiqəsi üçün isə cəmi 6 qəpik ödəyəcəklər. Azercellim-də SMS xidmətindən istifadə 3 qəpiyə bərabərdir.
Abunəçilər yeni tarifə qoşulmaq üçün A yazıb 7575 göndərməlidirlər. Yeni tarifdə hesablama intervalı 1 dəqiqə üzrə hesablanır. Eyni zamanda iyunun 3-dən etibarən yeni aktivləşən və ya nömrələrini operatorun şəbəkəsinə daşıyan SimSim abunəçilərinin nömrələri yeni Azercellim tarifində olacaq. Yeni aktivləşən, nömrələrini şəbəkəyə daşıyan SimSim abunəçilərinə preaktiv balans olaraq 3 AZN hədiyyə veriləcək. Preaktiv balans ölkədaxili zəng və SMS, həmçinin Mobil İnternet üçün 30 gün ərzində istifadə oluna bilər.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri