Previous Next
Bağla

BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib

05-09-2013 16:25
BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının (Eurasian Connectivity Alliance - EuraCA) yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edib.
 
Bu qətnamə  "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)"nın tikintisinin dəstəklənməsini  nəzərdə tutur. Azərbaycan "EuraCA"-nı yaratmaq təşəbbüsünü bu ilin avqust ayında irəli sürüb və bu alyansın əsas məqsədi "TASİM" layihəsinin həyata keçirilməsi prosesini  sürətləndirməkdir.
Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyasının 98-ci plenar iclasında Azərbaycan Respublikasının təşəbbüsü ilə Avrasiya Rabitə Alyansının yaradılmasına dair müzakirələrin başlanılmasına dair qətnamə yekdilliklə qəbul olunub.
Qətnaməyə Azərbaycan ilə yanaşı, Belarus, Əfqanıstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Şri-Lanka, Türkiyə və Yeni Zelandiya həmmüəllif kimi qoşulublar.
Qətnamə layihəsini təqdim edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyev ilk dəfə ölkəmizin təşəbbüsü əsasında 2012-ci ilin dekabrında Baş Assambleya tərəfindən qəbul edilmiş 67/194 saylı qətnamədə əks olunmuş Alyansın yaradılmasına diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Bildirilmişdir ki, sözügedən təşəbbüs informasiya və kommunikasiya texnologiyaları sahəsində trans-regional əməkdaşlığın genişləndirilməsi, bu sektorda mövcud olan ehtiyacların təmin edilməsi və problemlərin həllində hökumətlərə yardımın göstərilməsi, özəl sektorun marağının cəlb olunması və müvafiq sahədə bilik mübadiləsi üçün regional bir platformanın yaradılması məqsədini daşıyır.
Qətnamənin qəbulundan sonra Azərbaycanın təşəbbüsü əsasında Avrasiyada rabitənin təkmilləşdirilməsi mövzusunda panel müzakirələr keçirilmişdir. Müzakirələrdən əvvəl, Baş Assambleyanın 67-ci sessiyasının prezidenti Vuk Yeremiç, BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Vu Honqbo və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış ediblər.
 
Daha sonra Macarıstanın Milli İnkişaf Nazirliyinin dövlət katibi V.Valyi-Nagi, Dünya İqtisadi Forumunun informasiya texnologiyaları və telekommunikasiya sənayesi bölməsinin direktoru D.Kerimi, Orbit Elmləri Korporasiyasının böyük vitse-prezidenti K.Riçmond və "Turk Telekom İnternational" şirkətinin baş icraçı direktoru Ç.Öztelcan təqdimatlarla çıxış edib və müvafiq sahədə mövcud əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparılıb.
Tədbirdə iştirak edən üzv dövlətlər regionda İKT infrastrukturunun inkişafı sahəsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.
 
"TASİM" layihəsi Azərbaycanın, 2008-ci ilin noyabrında telekommunikasiya və informasiya texnologiyaları üzrə "Bakutel-2008" beynəlxalq sərgi- konfransı çərçivəsində, çıxış etdiyi əhəmiyyətli regional təşəbbüslərdən biridir.
Layihənin yaradılması ilə bağlı "Bakutel -2008" sərgi-konfransı çərçivəsində xüsusi bəyannamə qəbul edilib.
 
Layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. Layihənin ehtiyat Şimal tranzit xətti Rusiya, Ukrayna və Polşadan keçəcək.
 
Xatırladaq ki, 2009-cu il dekabrın 21-də BMT Baş Assambleyasının 64-cü sessiyasında "TASİM" layihəsinə dair qətnamə qəbul edilib. 30 ölkə tərəfindən həmmüəllif qismində dəstəklənən və birlikdə qəbul edilən qətnamədə "TASİM"-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2012-ci il dekabrın 21-də BMT-nin Baş Assambleyasında "TASİM" layihəsi üzrə növbəti qətnamə yekdilliklə qəbul edilib.
 
Layihənin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda "rəqəmsal fərq"in aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
 
2010-cu ilin aprelindən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "TASİM" layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirir.
 
2011-ci ilin iyulunda Qəbələdə Çin (Chinatelecom),  Qazaxıstan (Kaztranscom), Rusiya (Rostelecom), Türkiyə (Turktelekom) və Avropa İttifaqının (Pantel) iştirakı ilə "TASİM" üzrə 1-ci Beynəlxalq  seminar çərçivəsində layihənin Katibliyi yaradılıb və operatorlar "TASİM" konsorsiumunun yaradılmasına dair detallaşdırılmış Anlaşma Memorandumu üzərində işləməyə başlayıblar, bu ilin sentyabr ayında isə layihə çərçivəsində alyansın yaradılması gözlənilir.
 
"TASİM" Katibliyi tərəfindən Avropa İttifaqı, Türkiyə, Rusiya, Ukrayna, habelə BMT Katibliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)  və Mərkəzi Asiya və Azərbaycan üzrə xüsusi Proqram (SPECA) qurumları ilə əlaqələr qurulub və müvafiq sənədlərdə bu əks etdirilib.
 
"TASİM" uzunmüddətli təşəbbüsdür və onun reallaşması iki mərhələdən ibarət olacaq. Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan birinci mərhələdə, aparıcı region ölkələri və operatorları Qərbi və Şərqi birləşdirən əsas internet tranzit  infrastrukturunu yaradacaqlar. İkinci mərhələdə "TASİM" qurulan tranzit infrastrukturundan istifadə edərək Mərkəzi Asiya olmaqla, açıq dənizə çıxışı olmayan Avrasiya ölkələrini münasib qiymətli bağlantı ilə təmin edəcək. Milli telekom infrastrukturunun inkişafı planlarına uyğun olaraq yeni fiber-optik xətlər yaradılacaq, mövcud xətlər isə texnoloji baxımdan təkmilləşdiriləcək  və "TASİM" şəbəkəsinə birləşdiriləcək. İkinci mərhələdə "TASİM" layihəsi BMT mandatına uyğun olaraq həyata keçiriləcək.
 
"TASİM" layihəsi regionda açıq informasiya cəmiyyətinin yaradılmasına, bağlantının sürətləndirilməsinə  və internet xidmətlərinin inkişafına kömək edəcək və iqtisadi inkişafa, iqtisadiyyatların diversifikasiyasına və rəqabətin artırılmasına xidmət edəcək. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

“TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

26-11-2013

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

Azərbaycan BMT-də qəbul olunması üçün “Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə” ilə bağlı qətnamə layihəsi irəli sürüb

15-08-2013

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

27-02-2013

19-cu “Bakutel” sərgi və konfransılarının tarixləri müəyyənləşib

31-10-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Nintendoda Disney Land

12-11-2008

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

Smartfonların hansı qüsurları var?

05-04-2012

“Transmilli Avrasiya super informasiya magistralı” layihəsinin əsası qoyulub

17-07-2009

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

“Qlobal kibertəhlükəsizlik üzrə əməkdaşlıq: problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayır

02-12-2013

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Yeni internet Forum!

10-12-2008

Displey bazarının həcmi azalacaq

03-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə