Terrorçu qruplar öz fəaliyyətlərində süni intellekt texnologiyalarını fəal şəkildə tətbiq etməyə başlayıb.
Xeberler.az məlumat verir ki, bu barədə BMT Baş katibinin terrorla mübarizə məsələləri üzrə müavininin səlahiyyətlərini icra edən Aleksandr Zuyev TASS agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, BMT bu sahədə bir sıra tərəfdaşlarla əməkdaşlıq edir. Zuyev qeyd edib ki, süni intellekt müsbət məqsədlər üçün istifadə oluna bilsə də, terrorçu qruplar və radikal hərəkatlar da bu texnologiyalardan terror fəaliyyəti üçün daha əlverişli şərait yaratmaq məqsədilə yararlana bilər.
Zuyev radikallaşma prosesinin yalnız dini ekstremistlər və ya dini müəssisələr vasitəsilə baş verdiyi barədə geniş yayılmış təsəvvürlərin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu vurğulayıb.
O əlavə edib ki, insanları terrorçu qruplara cəlb olunmaqdan qoruyacaq universal bir resept mövcud deyil. Onun sözlərinə görə, radikallaşma müxtəlif formalarda baş verdiyindən, bunun qarşısının alınması proqramları hər bir ölkənin və regionun xüsusiyyətlərinə uyğun hazırlanmalıdır.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları