Previous Next
Bağla

BTRİB-in sabiq sədri Beytulla Hüseynov məhkəmədə ifadə verib

30-09-2016 09:25
BTRİB-in sabiq sədri Beytulla Hüseynov məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xebeler.az-ın məluamtına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.  Prokuror bildirib ki, onlar vəzifə saxtakarlığı edərək, dövlət əmlakını mənimsəyiblər. Ayrılan vəsaiti şəxsi maraqları üçün istifadə ediblər.

Hər iki şəxs özünü qismən təqsirli bildiyini deyib. F. Seyidov bildirib ki, ondan tələb olunan qaydada da işləyib.

R. Məmmədov isə nizamnamə əsasında çalışdığını deyib. Bildirib ki, qovşağın sərbəst bank hesabı olsa da, oradan pul çıxarmaq üçün İB-nin icazəsi tələb olunub: "Kommunal xərclər üçün belə məktub gəlirdi ki, hesabdan bu qədər pul çıxarılsın. Biz də çıxardırdıq. Başqa məsələlərə nə səlahiyyətim, nə aidiyyətim olub. Göstərilən vəsait mənə verilməyib. Bayram vaxtı, ya toya gedəndə rəis 100-200 manat verib. Başqa böyük məbləğ olmayıb".

Daha sonra iclasda BTRİB-nin həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib. O bildirib ki, uzun müddət rabitə sahəsində çalışıb və bir çox mükafata layiq görülüb: "Gördüyümüz işlər dövlət proqramına salınan işlərdir. Bizə nazirlik tərəfindən deyilən işləri görmüşük".  

 O, istintaqa verdiyi ifadəsini də təsdiqləyib.

 BTRB-nın həbsə olan sabiq baş mühasibi Anar Mustafayev isə şahid kimi ifadə verərək bildirib ki, rəhbərlik tərəfindən deyilən işləri görüblər. O, təqsirləndirilən şəxslərə pul vermədiyini, təmir-tikinti şirkətləri ilə danışıqların öz aralarında olduğunu, qovşaq rəislərinin bundan xəbərinin olmadığını deyib.

Daha sonra iclasda Emin Məmmədov, Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri şahid qismində ifadə veriblər. Onlar istintaqa verdikləri ifadələrini təsdiqləyiblər.

Proses oktyabrın 6-da davam edəcək. (APA)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

30-09-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016

RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

17-05-2016

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017

Bloqqerlərin növbəti məhkəmə prosesi keçirilib

07-10-2009

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016

Bloqqerlərin məhkəməsində şahidlər dindirildi

16-09-2009

Sabiq nazir Əli Abbasovun ibtidai istintaqa ifadəsi açıqlanıb

16-11-2016

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

Bloggerlər barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

09-10-2009

BTRİB rəhbəri Beytulla Hüseynov vəzifəsindən azad edildi

21-10-2015

Aztelekom-un sabiq baş direktoru cərimə kamerasına salınıb

07-09-2016

“Əli Abbasov bir qəpik də pul ödəməyib” - Vəkildən açıqlama

16-11-2016

MTN işi ilə bağlı BTRİB-in keçmiş rəisinə cinayət işi açıldı

26-10-2015

Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub

12-05-2026

“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

22-11-2017

“MTN işi” ilə bağlı Beytulla Hüseynov həbs edilib

27-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə