Previous Next
Bağla

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016 10:19
Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslərin cinayət işinin materialları məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, təqsirləndirilən şəxslər və onların vəkillərinin cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb. Cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib.

İş yaxın günlərdə hakimin icratına veriləcək.

İttihama görə, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində Aztelekom MMC-nin sabiq baş direktoru M.Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru C.Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi Fətullah Seyidov və həmin birliyin baş mühasibi Rəşad Məmmədov, Bakı Rabitə Təmir Tikinti və Təmir Təchizat Servis  MMC-lərinin direktoru Bayram Vəliyev və Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham olunurlar.

 

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016
RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016
Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016
RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016
Əli Abbasova cinayət işi açıldı

Əli Abbasova cinayət işi açıldı

26-10-2016
Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016
RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

17-05-2016
RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016
Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017
RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016
Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016
RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016
Aztelekom-un baş direktoru həbs edildi

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015
Baş Prokurorluq nazirlikdəki həbslərlə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq nazirlikdəki həbslərlə bağlı rəsmi məlumat yayıb

13-11-2015
Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

30-09-2016
Aztelekom-un sabiq baş direktoru cərimə kamerasına salınıb

Aztelekom-un sabiq baş direktoru cərimə kamerasına salınıb

07-09-2016
RYTN-in  keçmiş Aparat rəhbərinin  həbs müddəti uzadılıb

RYTN-in keçmiş Aparat rəhbərinin həbs müddəti uzadılıb

14-02-2016
“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

22-11-2017
MTN işi ilə bağlı BTRİB-in keçmiş  rəisinə cinayət işi açıldı

MTN işi ilə bağlı BTRİB-in keçmiş rəisinə cinayət işi açıldı

26-10-2015
AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

27-07-2017
BTRİB-in sabiq sədri Beytulla Hüseynov məhkəmədə ifadə verib

BTRİB-in sabiq sədri Beytulla Hüseynov məhkəmədə ifadə verib

30-09-2016
RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016
RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015
Aztelekom-un sabiq baş direktoru azadlığa buraxılıb

Aztelekom-un sabiq baş direktoru azadlığa buraxılıb

27-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə