Previous Next
Bağla

Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

05-12-2022 22:44
Bu qurumlar startaplara dəstək layihəsi icra edirlər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə “EnterpriseAzerbaijan.com” portalının rəhbəri Mətanət Musayeva, “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov və “Alma Cunsalting” şirkətinin direktoru Habil Əhmədov, qarşı tərəfdən isə Agentliyin Beynəlxalq Əlaqələr və Layihələr departamentinin müdiri Hacı Əliyev və Layihələrin idarə olunması şöbəsinin müdiri Taleh Hüseynov  iştirak ediblər.

Qeyd edək ki, “EnterpriseAzerbaijan” portalı və Dövlət Məşğulluq Agentliyi arasında startaplara dəstək istiqamətində əməkdaşlıq üçün qarşılıqlı razılıq əldə olunub. Həmin razılığa əsasən Dövlət Məşğulluq Agentliyi “Özünüməşğulluq proqramı” çərçivəsində “Enterprise Azerbaijan” portalına müraciət edən startaplar arasından ən uğurlu hesab edilən üç layihəni dəstəkləyib və onlara aktivlər təqdim edib.

EnterpriseAzerbaijan və Azexport portallarının təşkilatçılığı ilə keçirilən növbəti görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinə dəstək alan “İnterno”, “Bonpini”, “HealWith” startap layihələri təqdim edilib. Hər bir layihə barədə təqdimat hazırlanıb və hesabat təqdim edilib. Həmçinin onların hazırki vəziyyətləri və imkanları təhlil olunub, gələcək perspektivləri müzakirə edilib. Eləcə də, Enterprise Azerbaijan və DMA tərəfindən bu layihələrin gələcək inkişafları üçün hər iki qurum tərəfindən dəstək göstəriləcəyi vurğulanıb.

Tərəflər arasında bu formatda olan layihələrin gələcəkdə də davam etdirilməsi qərara alınıb, eyni zamanda hər iki qurum arasında əməkdaşlıqlar və perspektivlər müzakirə olunub.

Qonaqlar, həmçinin EnterpriseAzerbaijan portalının İnkubasiya və Akselerasiya akvariumunu ziyarət edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Enterprise Azerbaijan” və Dövlət Məşğulluq Agentliyi 3 startapa aktivlər təqdim edib

09-03-2021

EnterpriseAzerbaijan.com portalında startapçılarla görüş keçirilib

19-03-2021

Dövlət Məşğulluq Agentliyi startaplara dəstək göstərib

09-02-2024

“Azexport” Qazaxıstanın dövlət qurumları ilə layihələr keçirəcək

31-10-2025

www.enterpriseazerbaijan.com portalı Rumıniyada təqdim olundu

11-12-2018

Kankəndidə “Startup School” keçirilib

03-03-2026

Startap məktəbinin xarici mentorları ilə görüş keçirilib

09-02-2023

Milli Aviasiya Akademiyasında “StartUp School” layihəsi təqdim olunub

06-03-2023

EnterpriseAzerbaijan.com portalı beynəlxalq görüşdə təmsil olunub

01-07-2022

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023

Enterprise Azerbaijan və Özmen Sahibkarlıq Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

26-07-2022

Əqli Mülkiyyət Agentliyi və İİTKM arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

11-02-2019

EnterpriseAzerbaijan.com portalı Founders Space şirkəti ilə danışıqlara başlayıb

22-06-2021

“Ecofirendly” komandası "Yaşıl texnologiyalar" müsabiqəsi üzrə III yerə laiq görülüb

31-05-2022

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

“Azexport” portalı Özbəkistanda təqdim edilib

06-11-2024

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

30-04-2022

“Startup School”un açılış mərasimi keçirilib

04-04-2023

İsveçrənin Əməkdaşlıq İdarəsinin regional direktoru İİTKM-də olub

16-03-2021

Azərbaycanda “StartUp School” fəaliyyətə başlayır

17-02-2023

İİTKM nümayəndələri Qətərin investisiya şirkəti ilə görüşüb

15-08-2025

Vüsal Qasımlı USAİD nümayəndə heyətini qəbul edib

29-11-2018

Vüsal Qasımlı Özbəkistan nümayəndə heyətini qəbul edib

18-09-2024

EnterpriseAzerbaijan.com e-Asiya proqramı ilə əməkdaşlığa başlayır

24-06-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə