İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ilə Mərkəzi Asiyanın ən böyük innovasiya mərkəzlərindən biri hesab olunan “Astana Hub” arasında əməkdaşlığın qurulması məqsədilə Qazaxıstanın paytaxtı Astanada görüş keçirilib. “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Astana Hub”ın Beynəlxalq əlaqələr və investisiya ofisinin direktoru Daniyar Jumağulov ilə görüşüb.
Xeberler.az bildirir ki, görüşdə “Astana Hub” tərəfindən regionda innovasiya ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən layihələr, startapların inkişafına yönəlmiş dəstək proqramları, inkubasiya və akselerasiya mexanizmləri, eləcə də texnologiya əsaslı sahibkarlığın təşviqi sahəsində tətbiq olunan qabaqcıl təcrübələr barədə məlumat təqdim olunub. Həmçinin mərkəzin beynəlxalq innovasiya şəbəkələrinə inteqrasiya təcrübəsi, xarici investisiyaların cəlb edilməsi və startapların qlobal bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tərəflər “Enterprise Azerbaijan” portalı ilə “Astana Hub” arasında potensial əməkdaşlıq istiqamətlərini, o cümlədən startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, birgə akselerasiya proqramları və innovasiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin innovasiya ekosistemləri arasında əlaqənin gücləndirilməsi, genişmiqyaslı innovasiya layihələrinin icrası və ortaq startap təşəbbüslərinin formalaşdırılması imkanları da müzakirə olunub.
Görüşün nəticəsi olaraq tərəflər arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində müvafiq rəsmi prosedurların başlanılması barədə ilkin razılıq əldə olunub. Bu əməkdaşlığın gələcək mərhələdə innovasiya, sahibkarlıq və investisiya sahələrində yeni imkanlar yaradacağı, həmçinin Türk dünyasında ortaq ekosistemin inkişafına töhfə verəcəyi qeyd edilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları