Çin hökuməti növbəti beş il ərzində məlumatların emalı mərkəzlərinin tikintisinə təxminən 2 trilyon yuan və ya 255 milyard avro sərmayə yatırmağı planlaşdırır.
Xeberler.az “Bloomberg”ə istinadən məlumat verir ki, Pekin bu investisiyalar vasitəsilə ölkənin süni intellekt sektorunu genişləndirməyə və bu texnologiya sahəsində ABŞ-ni qabaqlamağa çalışır.
“China Mobile” və “China Telecom Corp” kimi dövlət şirkətləri məlumatların emalı mərkəzlərinin böyük hissəsini idarə edəcək və onların şəbəkəyə qoşulmasını təmin edəcəklər.
Texnologiya sektorunda, o cümlədən süni intellekt üçün çiplərin istehsalı sahəsində “Huawei” kimi yerli şirkətlərə üstünlük veriləcək. Nəticədə “Nvidia” və “Advanced Micro Devices” kimi ABŞ istehsalçılarının mövqeləri zəifləyə bilər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları