Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısından 600 milyon dollar investisiya

07-11-2013 / 11:13
Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı 2018-ci ilədək beşinci nəsil şəbəkəsinin (5G) inkişafına 600 milyon dollar investisiya yatıracaq. Bu barədə şirkətin məlumatında deyilir.
Şirkət şəbəkəni 2018-ci ilədək yaratmağı, 2020-ci ilədək kommersiya istifadəsinə verməyi planlaşdırır. “5G” məlumatları saniyədə 10 giqabit sürətində simsiz ötürməyə imkan verir ki, bu da mövcud “4G” şəbəkəsinin göstəricisindən 100 dəfə çoxdur.  
Texnologiyanın hazırlanmasına çəkiləcək xərclərə “5G” avadanlığının konkret nümunələrinin yaradılmasına yatırılacaq sərmayələr daxil deyil.  
Ümumdünya Mobil Rabitə Avadanlığı İstehsalçıları Assosiasiyasının (GSA) məlumatına görə, hazırda 75 ölkədə təxminən 200-dək “4G” şəbəkəsi istismara verilib və yaxud istismara verilməsi nəzərdə tutulur. “ABI Research” şirkətinin proqnozuna görə, 2018-ci ilədək Yer kürəsi əhalisinin yarısı “4G” şəbəkəsindən istifadə imkanı əldə edəcək. 
Qeyd edək ki, nəhəng telekommunikasiya avadanlığı istehsalçısı olan “Huawei” şirkətinin mənzil-qərargahı Çinin Şençjen şəhərində yerləşir. (ictnws.az)

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.