Previous Next
Bağla

“Huawei” Avropada yeni tədqiqat institutu açır

13-05-2015 16:01
“Huawei” Avropada yeni tədqiqat institutu açır

Çinin “Huawei” şirkəti Brüsseldə keçirilən Avropa Biznes Sammiti çərçivəsində Avropa Tədqiqat İnstitutunun (ERI) açılmasını bəyan edib.

Xeberler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki,  Belçikanın Lyeven şəhərində yerləşəcək institutun yaradılması şirkətin qlobal innovasiya strategiyasında vacib addım olacaq, eləcə də Avropa İttifaqının (Aİ) rəqəmli proqramının məqsədlərinə nail olmağa xidmət edəcək.

İnstitut şirkətin Avropadakı elmi fəaliyyətinə nəzarəti, həmçinin səkkiz Avropa ölkəsində 18 işləmələr və inkişaf şöbəsinə (Research and Development - R&D) rəhbərliyi həyata keçirəcək. Tədqiqatların əsas istiqaməti yeni nəsil şəbəkə texnologiyalarını əhatə edəcək. Hazırda Avropada elmi tədqiqatlar və işləmələr sahəsində 1200 əməkdaş çalışır.   

Bundan başqa, institut “Huawei”in “5G” sahəsində müxtəlif Avropa layihələrini dəstəkləyəcək. Məsələn, şirkət gələcək nəsil mobil rabitə və Böyük Britaniyada “5G Innovation Centre” mərkəzində “5G” texnologiyasının sınaq stendinin tətbiqi sahəsində tədqiqatlar aparır.

Yeni Avropa Tədqiqat İnstitutunun açılması şirkətin Aİ-də yeni investisiya planlarının həyata keçirilməsinə səy göstərməsindən xəbər verir.

“Huawei” Avropa bazarına 2000-ci ildə daxil olub və 2014-cü ilədək şirkət əməkdaşlarının sayı 9900 nəfər təşkil edib. Ötən il şirkət Avropa təşkilatları ilə 200-dən çox texniki tərəfdaşlıq haqqında saziş imzalayıb, 160-dan çox Avropa alimi və eksperti, eləcə də 120 akademik təşkilatı ilə əməkdaşlıq edir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı və Çin 5G sahəsində əməkdaşlıq edəcək

29-09-2015

Avropa İttifaqı 5G şəbəkəsinə 50 milyon avro ayırıb

27-02-2013

Azərbaycanda innovasiya sahəsində görülən işlər Avropa İttifaqında təqdim olunub

18-12-2018

Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

27-07-2023

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

Huawei Azərbaycanda akademiya açır

18-04-2016

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026

Huawei 6G üçün avadanlıq istehsalına başlayıb

16-08-2019

İKT məlumat günü keçirilib

16-11-2014

“Huawei” şirkəti “Android”dən imtina edir

14-10-2024

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025

IBM Q System One adlı kvant kompüteri yaradılacaq

16-09-2019

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısından 600 milyon dollar investisiya

07-11-2013

Berlində Avropa Rəqəmsal Sammiti keçirilib

19-11-2025

İT şirkət rəhbərimiz beynəlxalq quruma üzv seçilib

04-05-2016

Avropa Komissiyası “Microsoft”un təklifini qəbul edib

10-10-2009

Microsoft Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artıracaq

01-05-2025

Avropa Komissiyası mobil internetin inkişafına sərmayələr yatıracaq

31-08-2009

Avropa İttifaqı Çin bazarında araşdırmaları dayandıracaq

21-10-2014

Nanotexnologiyaların meyvəçilikdə tətbiqi sahəsində tədqiqatlar aparılacaq

17-02-2023

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019

Beşinci nəsil simsiz rabitə sisteminin inkişafı üçün səylər artırılır

10-07-2015

Rəşad Nəbiyev Brüsseldə Aİ-nin nəqliyyat komissarı ilə görüşüb

01-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə