Previous Next
Bağla

Çinlə imzalanan razılaşma Azərbaycanı qlobal ekosistemin fəal oyunçusuna çevirəcək - Şərh

23-04-2025 13:54
Çinlə imzalanan razılaşma Azərbaycanı qlobal ekosistemin fəal oyunçusuna çevirəcək - Şərh
Bu gün Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
 
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz şərh verib.
 
Ekspert düşünür ki, bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir:
 
"İndiyədək Azərbaycanın kosmos sahəsində əsas partnyorları fərqli ölkələr olub. Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.
 
Fikrimcə Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir. Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir".
 
Osman Gündüz bildirib ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqavilələr imzalanıb:
 
"Bir neçə il öncə Azərkosmos, Çin şirkəti “Emposat” ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri – “Rhosoon”, “StarWin”, “Star.Vision”, “Satelliteherd” ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.
 
Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin , innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.
 
Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevrilməsi deməkdir. Həmçinin Azərbaycanın “Tier 4” sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınması deməkdir.
 
Məlumdur ki Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb".
 
Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar görəsən müəyyən risklər yarada bilərmi?
 
Ekspert suala cavab olaraq ümid edir ki, Azərbaycan tərəfi bütün bu riskləri, “texnoloji balans” və “geosiyasi neytrallıq” prinsiplərini nəzərə alıb:
 
"İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.
 
Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərkosmos və Braziliyanın Kosmik Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

22-11-2023

Azərkosmos Türkiyənin Kosmik Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb 

20-09-2022

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

“Azərkosmos” və “Uz-Sat” şirkəti arasında memorandum imzalanıb

25-04-2025

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

25-04-2025

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

24-04-2025

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015

“Azərkosmos” Konfrans çərçivəsində 10-dək Anlaşma Memorandumu imzalayacaq

24-04-2025

“Azərkosmos” və “Profen” arasında anlaşma memorandumu imzalanıb

23-05-2025

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

29-04-2025

Azərbaycan Macarıstanla kosmik əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb

30-01-2023

Azərkosmos Mozambikə kosmik bilik ixrac edib

11-09-2024

Azərbaycan 800 Milyon Dollarlıq peyk layihəsi üçün SpaceX təklifini dəyərləndirir

18-07-2025

Azərbaycan Özbəkistanda kosmik sənayenin inkişaf planlarını təqdim edəcək

14-02-2026

“Azərkosmos” İtaliya Aerokosmik Agentliyi ilə əməkdaşlıq edəcək

25-02-2020

"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

08-05-2026

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019

Azərkosmosun sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

15-10-2024

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransı başa çatıb

26-04-2025

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023

Beynəlxalq Astronavtika Konqresində iştiraka dair 50-dən çox təşkilatla müqavilə imzalanıb

25-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə