Previous Next
Bağla

AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

26-04-2019 18:16
AzerTelecom və China Telecom Anlaşma Memorandumu imzaladı

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “China Telecom” ilə Starteji Anlaşma Memorandumu imzalayıb.

Xeberler.az  bildirir ki, Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan “China Telecom”la “AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi “Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində baş tutub. Forum çərçivəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikasını təmsil
edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib. Starteji Anlaşma Memorandumunu “AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, “Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev,
“China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan “China Telecom” arasında Starteji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında “Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir”- deyə “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.

Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan “China Telecom” şirkətinin internet trafikinin “Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yeni rəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.

Qeyd edək ki, 25-27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektoru təmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.

 “AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. “Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. “Digital HUB” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin Hökumətinin təşəbbüskarı olduğu “Bir Kəmər, Bir Yol” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. Proqramın icrası ilə Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

AzerTelecom-un rəhbəri İsveçrədə Biznes Forumda “Azerbaijan Digital HUB” proqramından danışıb

01-07-2019
Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

Digital HUB proqramının yaradacağı imkanlar müzakirə olundu

16-05-2019
AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

AzerTelecom Baku Tel sərgisində Azerbaijan Digital Hub-ı təqdim edir

03-12-2019
AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

AzerTelecom şirkətinin rəhbəri Digital HUB proqramından danışıb

14-06-2019
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

Transxəzər magistralı layihəsi xarici medianın diqqətində

07-06-2019
AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

AzerTelecom ilə KOBİA əməkdaşlıq edəcək

05-12-2019
AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

AzerTelecom İlin Telekommunikasiya şirkəti adına layiq görülüb

24-09-2019
Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

Dövlət-Özəl sektor Tərəfdaşlığı Konsorsiumu təsis edilib

10-10-2019
AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

AzerTelecom İnnovasiya Texnologiyaları sərgisində iştirak edəcək

05-08-2019
AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

AzerTelecom-un stendi Bakutel-2019-un ən innovativ stendi seçilib

09-12-2019
AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

AzerTelecom Microsoft-un rəsmi tərəfdaşı oldu

22-07-2019
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

AzerTelecom qlobal şirkətlərin rəsmi tərəfdaşı oldu

09-04-2019
Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

Azerbaijan Digital Hub proqramı gələcəkdə Startupların inkişafına töhfə verəcək

28-11-2019
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

Azerbaijan Digital Hub proqramı mükafata layiq görülüb

10-12-2019
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir

30-06-2020
AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

AzerTelecom Türkmentel 2019 sərgisində iştirak edəcək

21-11-2019
AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

AzerTelecom və Alibaba Group arasında əməkdaşlıq müzakirə olunub

26-12-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019
“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

“Qazaxıstan-Azərbaycan: əməkdaşlığın yeni imkanları” adlı tədbir keçirilib

05-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə