Previous Next
Bağla

Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

29-04-2025 12:52
Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?
"Kosmik texnologiyalarla bağlı ötən həftə Bakıda yüksək səviyyədə keçirilən Space Technology Conference – STC2025 konfransında bir məqam diqqətimi cəlb etdi.
 
İlk öncə qeyd edim ki bu konfransda 40-dan çox ölkədən 400-dən artıq nümayəndə iştirak edirdi".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, dünyanın kosmos ailəsi burada təmsil olunurdu. Kosmik şirkətlərin sərgiləri də təşkil olunmuşdu. Çinlə kosmik əməkdaşlıq sazişindən dərhal sonra Azərkosmos tərəfindən Azərbaycanda belə yüksək səviyyədə kosmik tədbirin keçirilməsi diqqət cəlb edən idi:
 
"Konfransda İsrailin IAI şirkəti də təmsil olundu – hansı ki bizim müşahidə peyklərimizi bu şirkət hazırlamalıdır.
 
Xatırladıram ki Azərsky1 müşahidə peykimiz vaxtından əvvəl idarəetmədən itəndən sonra Azərbaycan yeni müşahidə peyklərinin hazırlanması üçün İsrailin İAİ şirkəti ilə 120 milyon $ məbləğində müqavilə imzalayıb.
 
İAİ həmçinin Azərbaycanda peyk istehsalı üçün kosmik infrastruktur da qurmalıdır.
Lakin gözləntilərin əksinə olaraq, nə Azərbaycan, nə də İsrail tərəfi bu peyklərin hazırlanması, istehsal infrastrukturunun qurulması və işlərin gedişi barədə Konfransda ağlabatan bir açıqlama vermədilər. Halbuki müqaviləyə görə 2026-cı ilədək bir peykin hazır olması nəzərdə tutulurdu".
 
Osman Gündüzün sözlərinə görə, görünən odur ki gələn il hazır olması, orbitə qaldırılması nəzərdə tutilan peyklə bağlı suallar doğuran bir səssizlik var:
 
"Düşünürəm ki, əsas məqam müqavilənin zamanında icrasının mümkün olmaması ilə bağlı ola bilər.
 
Xatırladıram ki, İsrail və HƏMAS arasında müharibə həmin müqavilənin mürəkkəbi qurumamış, imzalanma mərasimindən bir neçə gün sonra başlamışdı.
 
Fikrimcə müharibə ilə bağlı regionda yaranmış situasiya, İsrailə qarşı müəyyən beynəlxalq təsirlər bu texnoloji layihənin də gecikməsinə səbəb ola bilərdi.
 
Eyni zamanda düşünürəm ki bu səssizlik, əvvəllər bəzi Avropa ölkələrinin Azərbaycanla əlaqəli texnologiya ixracı ilə bağlı tətbiq etdiyi məhdudiyyətləri də xatırladır.
 
Xatırlayıram ki, İkinci Qarabağ savaşında Azərbaycan Türkiyənin Bayraktar-ından effektiv istifadə etdiyinə görə Kanada Türkiyəyə sanksiya tətbiq edərək, dron istehsalı üçün optik texnologiyaları verməkdən imtina etmişdi.
 
Ehtimal etmək olar ki, müşahidə peykləri üçün zəruri olan həssas texnoloji komponentlərin ixracında da oxşar çətinliklər var".
 
Ekspert xatırladıb ki, cari ildən Azərbaycan Çinlə də kosmik sahədə strateji əməkdaşlığa başlayıb:
 
"Bu əməkdaşlıq Azərbaycanın texnoloji alternativlərini genişləndirmək, qlobal kosmik bazarda mövqeyini möhkəmləndirmək baxımından da önəmlidir.
Yəni müəyyən təsirlərdən dolayı İsrail ilə əməkdaşlıq baş tutmazsa ən azı alternativlərimiz var.
 
Ümid edirəm İsrail müşahidə peyklərimizi zamanında təhvil verə biləcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Çinlə imzalanan razılaşma Azərbaycanı qlobal ekosistemin fəal oyunçusuna çevirəcək - Şərh

Çinlə imzalanan razılaşma Azərbaycanı qlobal ekosistemin fəal oyunçusuna çevirəcək - Şərh

23-04-2025
Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

Səfir: “İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”

06-12-2022
Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

Azərbaycan İsrail şirkətləri ilə yeni optik müşahidə peyk layihələrinin icrasına başlayıb

11-05-2023
Azərbaycan 800 Milyon Dollarlıq peyk layihəsi üçün SpaceX təklifini dəyərləndirir

Azərbaycan 800 Milyon Dollarlıq peyk layihəsi üçün SpaceX təklifini dəyərləndirir

18-07-2025
Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

Azərbaycanın yeni peykini orbitə İsrail şirkəti çıxaracaq

10-07-2023
Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

24-04-2025
“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub

“Azərsky 2” peyki ilə bağlı detallar məlum olub

03-10-2023
“İsraillə Azərbaycan kosmik sahədə problemləri aradan qaldıracaq”

“İsraillə Azərbaycan kosmik sahədə problemləri aradan qaldıracaq”

07-07-2015
Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

Azərbaycanın növbəti peykinin orbitə buraxılacağı vaxt açıqlanıb

05-04-2024
Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

24-01-2025
NASA və İsrail arasında saziş imzalanıb

NASA və İsrail arasında saziş imzalanıb

14-10-2015
Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023
Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

Azərbaycanda telekommunikasiya peyklərinin orbitə çıxarılmasına dair sərəncam imzalanıb

05-11-2008
Saməddin Əsədov: "Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var"

Saməddin Əsədov: "Peyklərin idarə edilməsi üçün alternativ nöqtələrimiz var"

11-05-2023
Azərkosmos  yeni   tədqiqatlar üçün  anlaşma memorandumu imzalayıb

Azərkosmos yeni tədqiqatlar üçün anlaşma memorandumu imzalayıb

23-11-2015
“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

“Azərkosmos” Özbəkistanda “Kosmik texnologiyalar konfransı”nda iştirak edir

25-04-2023
Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024
Braziliya və Azərbaycan kosmik sahədə əməkdaşlıq edə bilər

Braziliya və Azərbaycan kosmik sahədə əməkdaşlıq edə bilər

03-10-2023
Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

Azərbaycanın növbəti peykləri hansılar olmalıdır?-Şərh

01-11-2022
HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusunda necə çaşqınlıq yarada bilib?

HƏMAS-ın bəsit texnologiyası dünyanın ən güclü kəşfiyyatı və ordusunda necə çaşqınlıq yarada bilib?

11-10-2023
Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

Türk ölkələrinin birgə peyk platformaları istehsal etməsi təklif olunur

20-12-2021
Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023
“MonacoSAT” “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır

“MonacoSAT” “Azərkosmos”la əməkdaşlıqda maraqlıdır

24-04-2025
"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

"SpaceX" ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?-RƏY

09-05-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə