Previous Next
Bağla

"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

08-05-2026 10:24
"Azərkosmos" DIFI Konsorsiumuna üzv olub

Azərbaycan Kosmik Agentliyi ("Azərkosmos") beynəlxalq DIFI (Digital Intermediate Frequency Interoperability) Konsorsiumuna üzv olub.

Xeberler.az agentliyə istinadən məlumat verir ki, DIFI Konsorsiumu peyk rabitəsi sənayesində müxtəlif sistemlər və platformaların arasında uyğunluğun artırılması, peyk idarəetmə mərkəzlərinin rəqəmsallaşması, açıq standartların inkişafı və gələcək nəsil peyk rabitə həllərinin təşviqi məqsədilə fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Konsorsiumun tərkibində dünyanın aparıcı peyk operatorları, texnologiya şirkətləri və sənaye iştirakçıları təmsil olunur.

Yeni üzvlük Azərkosmosun innovativ və dayanıqlı rəqəmsal infrastrukturun təşviqi istiqamətində fəaliyyətini daha da gücləndirəcək. Bu addım ölkənin rəqəmsal transformasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən strateji təşəbbüsləri dəstəkləyir.

"Azərkosmos"un konsorsiuma üzvlüyü quruma texniki işçi qruplarında iştirak etmək, sənaye standartlarının formalaşdırılması prosesinə töhfə vermək və qlobal peyk rabitəsi ekosistemində beynəlxalq əməkdaşlığı daha da genişləndirmək imkanı yaradacaq. Üzvlük eyni zamanda yeni kommersiya imkanlarının yaradılması, peşəkar təlimlərə çıxış, eləcə də bu sahədə beynəlxalq standartlara cavab verən proqram təminatı və normativ yanaşmaların tətbiqi baxımından da mühüm əhəmiyyət daşıyır.

"Azərkosmos" həmçinin Dünya Teleport Assosiasiyası (WTA), İslam Ölkələri Kosmik Elmlər və Texnologiyalar Şəbəkəsi (ISNET), Qlobal Peyk Operatorları Assosiasiyası (GSOA), Beynəlxalq Astronavtika Federasiyası (IAF) və digər beynəlxalq təşkilatların aktiv üzvüdür.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azərkosmos" və ARCEP Anlaşma Memorandumu imzalayıb

29-01-2026

Azərbaycan Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

28-09-2021

“Azərkosmos”: Yeni nəsil peyk sistemlərini orbitə çıxaracağıq

24-04-2025

Azərkosmos Beynəlxalq Astronavtika Federasiyasına üzv olub

06-11-2018

Azərkosmos ilə Rusiya Peyk Rabitəsi əməkdaşlıq müqaviləsi imzalayıb

06-12-2019

Azərkosmos Kosmik Texnologiyalar Konfransında yeni əməkdaşlıqlara başlayıb

26-04-2024

"Azərkosmos" BƏƏ şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

15-09-2025

“Azərkosmos” sertifika layiq görülüb

08-06-2020

"Azərkosmos" və Braziliya Kosmik Agenliyi Anlaşma Memorandumu imzalayıblar

06-10-2023

Birləşmiş Krallığın Kosmik Agentliyi ilə Azərkosmos-un əməkdaşlığının perspektivləri müzakirə olunub

21-02-2019

“Azərkosmos” Monakonun peyk operatoru ilə əməkdaşlığa başlayıb

25-04-2025

“Azərkosmos” Beynəlxalq Astronavtika Konqresində iştirak edir

26-10-2021

Azərkosmos ASC-nin internet səhifəsi fəaliyyətə başlayıb

05-06-2012

“Azərkosmos” mükafata layiq görülüb

15-10-2025

“Azərkosmos” “Tier 4” sertifikatına layiq görülüb

02-11-2020

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Azərkosmosda olublar

18-08-2022

Çili Respublikasının nümayəndə heyəti Azərkosmosda olub

10-09-2022

“Azərkosmos” və “Wyvern” arasında tərəfdaşlıq qurulub

10-10-2025

Azərkosmos ISNET təşkilatının mükafatına layiq görülüb

06-04-2022

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

24-04-2025

Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb

13-09-2024

Azərkosmos Aralıq dənizində peyk rabitə xidmətlərinə start verib

04-08-2022

“Azərkosmos”a səfər

11-10-2018

Azərkosmos-un teleportu “TIER 4” uyğunluq sertifikatını yeniləyib

26-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə