Previous Next
Bağla

Cisco-nun Bakıdakı forumu başa çatdı -Fotolar

26-05-2015 16:40
Cisco-nun Bakıdakı forumu başa çatdı -Fotolar

Azərbaycanda ilk dəfə Cisco-nun "Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik:dəyişikliklər astanasında" forumu keçirilib.  

Xeberler.az-ın məlumatına görə, tədbir 8 sponsor şirkətin və 7 media tərəfdaşın dəstəyilə keçirilib. 

Bakının "Mariott" mehmanxanasında təşkil edilmiş tədbirdə 300 yaxın İT-mütəxəssis, analitik və jurnalist iştirak edib.

Tədbiri Cisco-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov açıb. Cisco-nun MDB ölkələri üzrə mühəndislər və konsultantlar qrupunun rəhbəri Aleksey Bessarabanın plenar çıxışı adaptiv İT-lərin yaradılması üçün nəzərdə tutulan həllərə həsr edilib. 

Forumun sonrakı proqramına 20-yə yaxın çıxış və iki texnoloji axın: "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" - çərçivəsində Cisco və onun tərəfdaşlarının ən son məhsullarının nümayişi daxil olub.

 

 Dünyanın informasiya təhlükəsizliyi bazarının tanınan lideri olan Cisco şirkəti virtuallaşdırılmış mühit, kontent və mobil cihazların qorunması, şəbəkə çıxışına və proqramlara nəzarət, zərərli kodlarla mübarizə və s. bu kimi əməliyyalar üçün bir sıra yeni həllər təqdim edib.

Cisco-nun informasiya təhlükəsizliyi məhsullarının satış üzrə meneceri Vladimir İlibman Cisco-nun yeni təhlükəsizlik modeli haqqında danışıb. Həmin modelin məqsədi korporativ şəbəkəyə daxil olmadan öncə geniş təhlükələr çeşidinin hücum və hücumdan sonrakı mərhələdə aşkarlanması və neytrallaşdırılmasıdır.

Cisco-nun sistem mühəndisi Pavel Rodionovun çıxışı təhlükəsiz internet-mühitin yaradılmasına və müasir virtuallaşdırılmış VEM-lərin qorunmasına həsr olunmuşdu."Verilənlərin emalı mərkəzləri" axını üzrə iştirakçılar virtuallaşdırılmış və miqyaslana bilən VEM-lərin yaradılması üçün nəzərdə tutulan ən son Cisco həllərilə tanış oldular. NetApp-ın MDB ölkələri üzrə biznes inkişafı direktoru Vladimir Novikov VEM üçün ən məşhur arxitekturalardan biri olan FlexPod haqqında danışdı.

Cisco-nun mühəndis-konsultantı Viktor Podkorıtov forum iştirakçılarını inqilabi VEM şəbəkə infrastrukturu konsepsiyası olan Cisco ACİ ilə tanış edib. Daha sonra iştirakçılar böyük korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə, həmçinin operatorlar bazarında yeni nəsl VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş Cisco Nexus və UCS məhsulları haqqında ətraflı məlumat əldə ediblər.

V.Podkorıtov öz çıxışında VEM şəbəkələrinin yaradılması üçün Cisco Nexus kommutatorlarının üstünlüklərinə toxundu. Cisco-nun sistem mühəndisi Anastasiya Marçenko Cisco UCS serverləri, onların nadir xüsusiyyətləri və həmin məhsul xəttinin inkişafı strategiyası haqqında danışıb. V.Podkorıtovun daha bir çıxışı Cisco UCS Director proqram məhsuluna həsr olunub. Həmin məhsul hazırda İT-təşkilatlarda çalışan mütəxəssislərin əllə həyata keçirdiyi uzunsürən və mürəkkəb prosesləri avtomatlaşdırmağa imkan verir. Viktor Cisco UCS Director məhsulunun Vblock, FlexPod və VSPEX kimi ən məşhur konvergent və inteqrasiya olunmuş infrastruktur sistemlərinin əksəriyyətini necə dəstəklədiyini dinləyicilərin nəzərinə çatdırıb. 


Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumu 8 sponsor şirkətinin fəal iştirakı ilə təşkil olunub.( Abris Distribution, Bakinity, Eurodesign, Intel, NetApp, R.I.S.K., RRC və Softline)
Tədbir Azərbaycanın yeddi kütləvi informasiya vasitəsinin dəstəyilə keçirilib(ICTNews.az, MARJA.az, MYVIDEO, Rabita Dünyası, Technimum.az, Trend və Xeberler.az). 


Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Xeberler.az Cisco forumunun media tərafdaşı seçilib

22-05-2015

Cisco-nun forumuna İT liderlər dəstək oldu

25-05-2015

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

29-05-2015

Yerli şirkət “Cisco”nun ən yaxşı premyer-partnyoru seçilib

04-03-2013

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022

Cisco Systems əməkdaşlarını işdən azad edəcək

13-05-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə