Previous Next
Bağla

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015 11:48
 Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

 Cisco-nun Bakıda təşkil edəcəyi "Verilənlərin Emalı Mərkəzi və Təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumunun proqramı açıqlanıb.

Xəbərlər-in məlumatına görə, mayın 26-da  Bakının "Mariott" mehmanxanasında Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumu keçiriləcək.

Şirkətdən Xeberler.az-a  bildirilib ki, forum iştirakçıları informasiya təhlükəsizliyi sahəsində mövcud olan və verilənlərin emalı mərkəzləri (VEM) üçün nəzərdə tutulan müasir Cisco həlləri, həmçinin onların əsas rəqabət üstünlükləri haqqında geniş məlumat əldə edəcəklər. Bundan əlavə, iştirakçılar Cisco şirkətinin mütəxəssisləri ilə qeyri-rəsmi və səmimi mühitdə görüşüb onları maraqlandıran məsələləri müzakirə edə biləcəklər.

Forum Cisco-nun və tərəfdaş-şirkətlərin nümayəndələrinin çıxışları ilə açılacaq. Daha sonra iki texnoloji istiqamət ("Verilənlərin emalı mərkəzləri" və "Informasiya təhlükəsizliyi") üzrə sessiya və təqdimatlar keçiriləcək.

Bakı forumunun iştirakçıları Cisco şirkətinin müxtəlif təhlükələrlə effektiv mübarizə aparmağa imkan verən yeni təhlükəsizlik modeli ilə tanış olacaq və təhlükəsiz internet-mühitinin qurulma qaydalarını öyrənəcəklər. Bəzi çıxışlar müasir virtuallaşdırılmış VEM-lərin təhlükəsizliyi, fərdi və korporativ cihazların mobil çıxışının təmin edilməsi kimi maraqlı məsələlərə həsr olunacaq.

Forum iştirakçıları "Cisco ACI" adlı VEM şəbəkə infrastrukturunun inqilabi konsepsiyası ilə də  tanış olacaqlar. Bundan əlavə, dinləyicilər iri korporasiyalarda, ictimai sektor təşkilatlarında, kiçik və orta müəssisələrdə və mobil operatorlar bazarında VEM-lərin yaradılması üçün aparıcı həllərə çevrilmiş Nexus və UCS məhsullar ailələri haqqında ətraflı məlumat əldə edə biləcəklər. Cisco mütəxəssisləri iştirakçılara həmçinin "Cisco UCS Director" adlı proqram məhsulu haqqında danışacaqlar.

Həmçinin  "Cisco UCS Director" məhsulunun ən məşhur konvergent və inteqrasiya olunmuş infrastruktur sistemlərinin (Vblock, FlexPod və VSPEX) bir çoxunun dəstəklədiyini əks etdirən müvafiq məlumatlar da təqdim olunacaq.

Cisco-nun "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik: dəyişikliklər astanasında" adlı forumunda əvvəlcədən http://cs.co/press veb-səhifəsində qeydiyyatdan keçib pulsuz iştirak etmək mümkündür.

Məltəm Talıbzadə

 

 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Cisco-nun Bakıdakı forumu başa çatdı -Fotolar

26-05-2015

Xeberler.az Cisco forumunun media tərafdaşı seçilib

22-05-2015

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015

Cisco-nun forumuna İT liderlər dəstək oldu

25-05-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

30-11-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024

“2015-ci ildə kibercinayətkarların aktivliyi artıb”

24-01-2016

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə