Previous Next
Bağla

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015 13:04
İT mütəxəssislərin yarışması keçiriləcək

Cisco şirkəti dekabrın 2-5-də Azərbaycanda keçiriləcək BakuTel - 2015 beynəlxalq sərgi-konfransında iştirak edəcək. 

Xeberler.az bildirir ki, BakuTel-2015 tədbirində Cisco-nun Rusiya/MDB ölkələrində iş üzrə vitse-prezidenti Conatan Sparrou (Jonathan Sparrow) və (virtual olaraq) şirkətin vitse-prezidenti, informasiya təhlükəsizliyi üzrə baş direktoru Con Styuart (John Stewart) iştirak edəcəklər. Con Styuartın virtual iştirakı ilə sessiya dekabrın 2-də Cisco şirkətinin Cisco TelePresence immersiv iştirak sisteminin yardımı ilə təşkil olunacaq. Həmin sessiyanın iştirakçıları cari kibertəhlükələrin xüsusiyyətlərini, kiber cinayətkarlara qarşı əks tədbir vasitələrini və Azərbaycanda informasiyanın qorunması sahəsindəki son durumu müzakirə edəcəklər.

Sərgi zonasında Cisco-nun iqtisadiyyat və biznesin rəqəmləşdirilməsi prosesinin sürətləndirilməsinə yardım edən müxtəlif həlləri nümayiş olunacaq. Cisco-nun stendində müvafiq interaktiv demozona da yaradılacaq. Həmin zonada mövcud təhlükələr və Cisco şirkətinin informasiya təhlükəsizliyi ilə bağlı insidentlərin aşkarlanması və onların qarşısının adaptiv şəkildə alınması üçün nəzərdə tutulan müvafiq texnologiyaları nümayiş olunacaq.

Cisco-nun birgə iş üçün hazırladığı həllərinə isə ayrıca diqqət veriləcək. Xüsusən, MX700 seriyalı iki-ekranlı Cisco TelePresence sistemləri nümayiş olunacaq. Bu sistemlər tam fiziki iştirak effektini təmin etməklə virtual “üzbəüz” görüş rejimində videobağlantı yaratmağa imkan verir.

Bundan əlavə, BakuTel-in ziyarətçiləri Cisco IT Battle (www.it-battle.com) adlı beynəlxalq müsabiqə çərçivəsində özlərinin şəbəkə texnologiyaları sahəsindəki bilik və bacarıqlarını da yoxlaya biləcəklər. Məhz bu məqsədlə Cisco-nun stendi müvafiq iş yerləri ilə təchiz olunacaq. Dekabrın 4-5-də isə AzNet tədris mərkəzi Cisco-nun Azərbaycandakı Akademiyasının təlimatçıları və dinləyiciləri üçün bir sıra tədbirlər təşkil edəcək.

 “Cisco şirkəti BakuTel sərgisində dəfələrlə iştirak edib, çünki sahənin inkişafına və ölkədə qabaqcıl texnologiyaların tətbiqinə dəstək olan bu tədbir Azərbaycanın İKT-bazarında keçirilən ən mühüm hadisələrdən biri hesab olunur. BakuTel-2015 sərgi-konfransında iştirak etməklə biz nəinki Azərbaycandakı mövqelərimizi möhkəmləndirməyə çalışırıq, həm də milli telekommunikasiya infrastrukturunun inkişafına dəstək göstəririk”, deyə Cisco şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vladimir Orlov qeyd edir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

30-11-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

“Bakutel-də 10 mindən çox ziyarətçi olacaq”

01-12-2015

Kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

29-05-2015

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

Xeberler.az Cisco forumunun media tərafdaşı seçilib

22-05-2015

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

Cisco-nun Bakıdakı forumu başa çatdı -Fotolar

26-05-2015

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə