Previous Next
Bağla

Bakıda Cisco-nun forumu öz işinə başladı

26-05-2015 10:05
Bakıda Cisco-nun forumu öz işinə başladı

Hazırda  Bakının "Mariott" mehmanxanasında Cisco şirkətinin "Verilənlərin Emalı Mərkəzi (VEM) və təhlükəsizlik" adlı forumu keçirilir.

Xeberler.az-ın məlumatına görə,  Azərbaycanda belə  forum ilk dəfə keçirilir. Tədbir iştirakçıları müxtəlif məruzələri dinləyib, iki texnoloji axın - "Verilənlərin emalı mərkəzləri" və "İnformasiya təhlükəsizliyi" çərçivəsində maraqlı təqdimatlara da baxa biləcəklər.

Cisco Forumu müxtəlif şirkətlərin rəhbərlərinə və İT-direktorlarına təşkilatın İT-strategiyasını müəyyənləşdirməyə, həmçinin sahibkarlıq fəaliyyətinin aparılması, tədris və verilənlərin təhlili üçün müvafiq proqramların istifadə olunmasından əldə edilən üstünlüklər ilə tanış olmaqlarına yardım məqsədilə keçirilir.

Forum zamanı müştərilərə proqramların səmərəliliyini hər səviyyədə (sərhəddə, özəkdə və "bulud" miqyasında) artırmağa yardım edəcək texnoloji həllər təqdim olunacaq. Altı il bundan əvvəl Cisco şirkəti virtuallaşdırma və avtomatlaşdırma üçün nəzərdə tutulan nadir arxitekturanı - Birləşmişdirilmiş Hesablama Sistemlərini (Cisco Unified Computing System) təqdim etdi. Hazırda Cisco müştərilərə özünün yeni məhsulunu təqdim edir - proqramlara istiqamətlənən infrastruktur (Application Centric Infrastructure, ACI) hansı ki, İT-departamentlərə biznesin müxtəlif sorğularına bacarıqla və vaxtında cavab verməyə yardım edəcək.

Proqramların çevik və sürətlə proqramlaşdırılan infrasturktura, istifadəçilərin isə onların əlçatımlığına və kommersiya dəyərli məlumatlarını və verilənləri qoruya bilmələrinə ehtiyacı vardır. Forum iştirakçıları bütün şəbəkə səviyyələrində (hücumdan əvvəl və sonra) təhlükələrin kontekst təhlilini apara bilən, hadisələrin dinamik nəzarətini, intellektual korrelyasiyasını və müdafiə alətlərinin idarəsini həyata keçirə bilən Cisco-nun yeni sinif həllərilə tanış olacaqlar.

Qeyd edək ki, forumda İT mütəxəssisləri, analitiklər və jurnalistlər  iştirak edir. 

Ruhəngiz Muradova 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakıda ilk dəfə “Verilənlərin Emalı Mərkəzi və təhlükəsizlik” adlı forum keçiriləcək

07-05-2015

Cisco-nun təşkil edəcəyi konfransın proqramı açıqlanıb

13-05-2015

Cisco-nun Bakıdakı forumu başa çatdı -Fotolar

26-05-2015

Cisco-nun forumuna İT liderlər dəstək oldu

25-05-2015

“Bölünmüş şəbəkələrdə Cisco WAAS-ın tətbiqi” mövzusunda vebinar keçirəcək

02-06-2010

4 mindən çox İT mütəxəssisə təlim keçilib

28-07-2015

Xeberler.az Cisco forumunun media tərafdaşı seçilib

22-05-2015

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

«AZEL» şirkəti «Cisco»nun yeni həllərinin təqdimatını keçirib

09-02-2009

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

Cisco OpenDNS-i 635 milyon dolllara satın aldı

01-07-2015

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

Cisco Systems əməkdaşlarını işdən azad edəcək

13-05-2011

Azərbaycanın İT mütəxəssisləri beynəlxalq müsabiqəyə hazırlaşır

30-11-2015

Cisco TANDBERG şirkətini almaq üçün rəsmi təklif göndərdi

07-10-2009

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

Cisco Qarabağda aparılan quruculuq işlərinə maraq göstərir

26-12-2022

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə