iPhone ilə əlaqədar bir çox yalan məlumatları əks etdirən videolar izləyirik, ancaq bu dəfəki digərlərindən olduqca fərqli və real görünür.
Xəbərlər-in məlumatına görə, popSlate tərəfindən istehsal edilən və arxasında E-kağız texnologiyası olan bu layihə iPhone istifadəçilərinə cüt ekran imkanını təqdim edir.
Ağıllı telefon istifadəçilərinin və xüsusilə də, iPhone istifadəçilərinin olduqca şikayətçi olduğu batareya problemini daha yaxşı hala gətirə bilmək üçün hazırlanan bu proyektdə gündə dəfələrlə baxdığımız bildiriş, mesaj və saat kimi mövzular üçün alternativ bir ekran təqdim edilir.
iPhone-na birləşdirilən örtüklə əldə etdiyiniz 2. ekran isə 4 düymlük böyüklükdədir.
Örtüyü aldıqdan sonra popSlate-in rəsmi proqramını iPhone-unuza yükləyərək örtüyün telefonunuzla ünsiyyət qurmasını təmin edirsiniz. Daha sonra telefonunuzda olan və sosial media hesaplarınızdakı fotolarınızı iPhone-unuzun 2. ekranında görmə şansı əldə edirsiniz. popSlate qrupu iki ekranın da bir-birindən asılı olmadan müstəqil çalışdığını vurğulayıb. iPhonenizə 2. ekran qazandırmanın xərci isə 129 dollardır.
Sevil Rəsulzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri