iPhone 6S haqqında ilk detallar məlum olub

22-01-2015 / 10:37

Növbəti aylarda bazara çıxarılması gözlənilən iPhone 6S-in xüsusiyyətlərində ediləcək yeniliklər haqqında ilk detallar müəyyən olunub.

Apple istehsalı ilə ilkin məlumatların paylaşıldığı bəzi qaynaqlar şirkətin iPhone 6S-də yeni bir ekran texnologiyasına yer verəcəyi bildirilib. Bu yeni ekran texnologiyasının çoxlu toxunma jestlərinin eyni zamanda təzyiqə də həssas olacağı deyilir.

Apple-ın, həmçinin, iPhone-larda istifadə olunan RAM-lar mövzusunda da fərqli fikirləri var və bu günə qədər 1 GB olan RAM-ları 2 GB-a yüksəldəcəyi deyilir. 2 GB-lıq bu yeni RAM-a LPDDR3 əvəzinə LPDDR4 texnologiyasının yoldaşlıq edəcəyi və beləcə, telefonun performansında qeydə dəyər bir yüksəliş olacağı deyilir.

Son olaraq, uzun müddətdir telefonlarındakı linzaları dəyişdirməyən Apple-ın iPhone 6S-lə birlikdə kamera mövzusunda da əhəmiyyətli bir dəyişiklik edəcəyi və Sony-nin 10 megapiksellik CMOS sensorunu istifadə edəcəyi iddia edilir. Bu cüt linza texnologiyası sayəsində Apple-ın telefonlardakı kamera performansının da ciddi ölçüdə inkişafı gözlənilir

                                                                                            Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə