iPhone 7 Plus və iPhone 7 Pro-nun görüntüləri yayımlandı-Foto

19-07-2016 / 13:49

iPhone 7-dən sonra indi də  iPhone 7 Plus və iPhone 7 Pro-nun real görüntüləri mediaya sızdırılıb.

Eyni zamanda  iPhone 7S modelinə aid olduğu iddia edilən bir foto da paylaşılıb.

 Apple-ın sentyabrda təqdim etməsi gözlənilən 3 yeni ağıllı telefon- iPhone 7 Plus və iPhone 7 Pro haqqında məlumatlar yayımlanmağa davam edir.

Çinin ən böyük sosial media saytlarından  Weibo-da bundan öncə  iPhone 7-nin real görüntüləri yayımlanmışdı. İndi isə Weibo-da iPhone 7 Plus və iPhone 7 Pro-nun belə görüntüləri yayımlanıb.

Xeberler.az həmin məlumatlara istinadən məlumat verir ki, iPhone 7 Plus və iPhone 7 Pro modellərinin  real görüntülərini paylaşan şəxs eyni zamanda iPhone 7S cihazına  aid də görüntü paylaşıb.

Paylaşılan görüntü sızdırılan iPhone 7-nin arxa səthinin  demək olar ki, eynisidir, amma alt qisimində "S" loqosu var.

 Bu görüntü də Apple-ın hələ  iPhone 7-ni təqdim etmədən iPhone 7S-i hazırladığını göstərir.

Günel 





ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.