iPhone 6C-nin fotoları yayıldı

02-04-2015 / 16:55

Apple şirkəti  iPhone 6 və iPhone 6 Plus ilə bazardakı yerini möhkəmləndirməyə çalışdığı vaxtda  daha bir yeniliyə imza atmağı planlaşdırır.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Apple şirkətinin münasib qiymətə uyğun iPhone modelini  icad etməsi maraqla gözlənilir.

Belə ki, Apple  bu ilin sonuna qədər yeni iPhone modeli ilə sürpriz etməyə hazırlaşır. İPhone 6C-yə aid olduğu iddia edilən yeni iPhone-nun fotolarını Fransaya məxsus NowhereElse  saytı  yayıb.

Fotolarda yeni icad ediləcək iPhone 6C-nin kasası bütün xırdalıqları ilə görünür.

Cihazın xaricə doğru çıxıntılı Sight kamerası  ilə gələcəyi təxmin edildiyi mümkün olduğu iPhone 5s-in kassasına görə aralarında xeyli fərqliliklər olacaq.

iPhone 6C-nin kassasının alt hissəsində olan mikrofon və diktofon dəliklərinin dördünün sağda və dördünün solda olması isə yeni iPhone-nin səsinin daha yaxşı çıxmasını və səs yazmanı daha yaxşı təmin edə biləcək.  

DigiTimes-ın iddialarına görə, Apple  iPhone 4s, iPhone 5s və iPhone 5s-i bazardan silərək  yeni iPhone 6C-ni tanıdacaq.

Onu da qeyd edək, iPhone 6C-nin  4.7 düym ekran ölçüsünə, plastik kassaya və fərqli rəng variantlarına sahib olması gözlənilir.  iPhone 6C-nin qiymətinin  isə 400 ilə 500 dollar arasında olacağı bildirilir.  

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə