Previous Next
Bağla

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-03-2026 12:05
Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub.

Xeberler.az məlumat verir ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.

"Startap" şəhadətnamələri "İmza İdea Lab" MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, "Baysart" MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, "NM Soft" MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, "SALAMXPERT" MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, "AL Digital" MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, "TTC Service" MMC-nin "VmV App" brendi altında VPN servis xidməti, "Narchin" MMC-nin rəqəmsal yük daşıma platforması, "RR Company" MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.

"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://startup.az/attorney.html

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-04-2025

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

01-05-2024

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2022

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

05-05-2026

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

07-01-2025

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

13-01-2026

Azərbaycanda daha 5 KOB subyekti vergidən azad edildi

10-04-2023

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-10-2024

Azərbaycanda daha 11 "Startap" şəhadətnaməsi verilib

14-09-2023

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-02-2026

Daha 9 şəxsə “Startap” şəhadətnaməsi verilib

15-09-2022

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

Daha 4 KOB subyekti vergidən azad olundu

04-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə