İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Xeberler.az KOBİA-ya istinadən bildirir ki, “Startap” şəhadətnamələri “Vvonder Voyage” MMC-nin otel və avtomobil rezervasiya platforması, “Kidfi” MMC-nin maliyyə savadlılığını və hesablama bacarıqlarını artıran onlayn platforma və mobil tətbiqi, “CM Elec Troniq” MMC-nin ultrasəs terapevtik arıqlama cihazının istehsalı, “4Youkid” MMC-nin psixoloji xidmətlər üçün onlayn platforması, fərdi sahibkar Ramil Qədirovun ətraf mühitin parametrlərinin qeydə alınması üçün nəzarət-ölçü cihazının istehsalı layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Qeyd edək ki, təkcə 2023-cü ildə 42 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Onlardan 39-u mikro, 3-ü kiçik sahibkarlıq subyektidir. Bu sənədi alan layihələr istehsal və xidmət sahələri üzrə innovativ həlləri özündə ehtiva edir. İndiyədək isə 135 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri