Previous Next
Bağla

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2022 09:41
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 10 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 68-ə çatıb.

Xeberler.az məlumat verir ki, “Startap” şəhadətnamələri "Smartap" MMC-nin satınalmalar üçün onlayn platforması, "BID TAXI" MMC-nin taksi xidmətinin mobil tətbiq üzərindən təşkili, “MeContest” sosial şəbəkə platforması, "Selenium Co." MMC-nin “GarderApp” geyim və aksesuarların satışı üçün marketpleys, “ShiftCon” metavers platforması üzərindən xidmətlər, “Avto İnfo" MMC-nin Azərbaycan ərazisində işlənmiş avtomobillərin tarixçəsinin yoxlanılması üçün informasiya sistemi (servis, sığorta və sair), tikinti üçün 3D printerlərin istehsalı, istismarı və satışı, “MetaStudio” metavers virtual oyunların hazırlanması və satışı, "BOOST" MMC-nin onlayn platforma üzərindən “influenser marketinq” xidməti, "İndi Market" MMC-nin mobil tətbiq üzərindən çatdırılma xidməti layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

01-05-2024

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

07-01-2025

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Azərbaycanda daha 5 KOB subyekti vergidən azad edildi

10-04-2023

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

Azərbaycanda daha 11 "Startap" şəhadətnaməsi verilib

14-09-2023

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-04-2025

Daha 9 şəxsə “Startap” şəhadətnaməsi verilib

15-09-2022

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-03-2026

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-10-2024

İndiyədək 90-na yaxın “Startap” şəhadətnaməsi verilib

09-02-2023

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-11-2024

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

13-01-2026

Daha 8 KOB subyektinə Startap şəhadətnaməsi verilib

22-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə