Previous Next
Bağla

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-02-2026 13:00
Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub.

Xeberler.az məlumat verir ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

"Startap" şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun ("Steam PC" platforması), Sərxan Abbaszadənin "85 Games Studio" brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun "İnframed Life" – klinikalar üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun "Jupiter" co-op macəra video oyunu, Həsən Həsənovun "Meetra" görüş otaqlarının onlayn idarə edilməsi platforması, İlkin Əliyevin "Special Meat" simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, "Proveb" MMC-nin "Qrgate" QR kod əsaslı işə davamiyyətə nəzarət və giriş-çıxış platforması və "Profmart" MMC-nin "Profmart" peşəkarlar üçün onlayn xidmət platforması layihələri üçün verilib.

Təqdim edilmiş "Startap" şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən "Startap" şəhadətnaməsi verilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-04-2025

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

01-05-2024

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

Daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2024

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Azərbaycanda daha 5 startap mənfəət və gəlir vergisindən azad edilib

13-03-2024

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 8 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib

11-03-2026

Azərbaycanda daha 3 sahibkara “Startap” şəhadətnaməsi verilib

05-05-2023

Daha 3 mikro və kiçik sahibkara "Startap" şəhadətnaməsi verilib

05-01-2023

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

01-10-2022

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

13-01-2026

"Startap" şəhadətnaməsi almış KOB-ların sayı 200-ə yaxınlaşıb

11-03-2025

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

07-01-2025

Azərbaycanda daha 5 KOB subyekti vergidən azad edildi

10-04-2023

Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

14-10-2024

Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

05-05-2026

Azərbaycanda daha 11 "Startap" şəhadətnaməsi verilib

14-09-2023

Daha 9 şəxsə “Startap” şəhadətnaməsi verilib

15-09-2022

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə