Previous Next
Bağla

Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016 14:53
 Dəmir Yolunda onlayn bilet   satışı bərpa olundu

Məlumat verdiyimiz kimi,  uzun müddətdir ki, Azərbaycan Dəmir Yolları  Qapalı Səhmdar Cəmiyyətinin rəsmi saytından onlayn bilet almaq mümkün deyildi.

Qurumdan Xeberler.az-a bildirilmişdi ki, onlayn satış bileti ilə əlaqədar problem yeni tərtib olunan proqramla bağlıdır.

Belə ki, hazırlanmaqda olan yeni proqramın tətbiqi ilə bağlı 2015-ci il dekabrın 9-dək biletlərin onlayn qaydada satışı dayandırılmışdı.

Bilet kassalarında  avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiq edilib.

Qurumdan Xeberler.az-a verilən məlumata görə, bu gün ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə yeni onlayn satış sistemi istifadəyə verilib.

Belə ki,  bu sistemlə sərnişin kassasına yaxınlaşmadan, www.ady.az saytının «Online bilet» bölməsinə daxil olmaqla,  onlayn  rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyəcək.

Onlayn rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 3 saat qalanadək aparılacaq.  Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.ady.az  internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır.

Bu rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır.

Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaq

Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018

Onlayn bilet satışı sistemində problemlər yaranıb

09-12-2015

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

Elektron bilet sifarişi xidmətinə maraq artır

06-08-2018

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

Gəmiçilikdə elektron bilet sifarişi xidmətinə maraq artır

03-09-2019

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

Sərnişinlər geri dönüş biletini onlayn ala bilmir- Problem

29-09-2015

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

08-04-2026

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

08-05-2025

Onlayn bileti əldə etmək üçün kassaya getməlisiniz - Problem

27-03-2015

Onlayn bilet satışında nə problem var?

22-12-2015

ADY: Gediş kartının balansını rəqəmsal artırmaq mümkündür

24-02-2026

“Biletim.az” üzərindən onlayn bilet satışı 2 dəfə artıb

10-03-2026

“Biletim.az” ilə onlayn bilet alanların sayı 2 dəfə artıb

05-06-2025

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

11-07-2025

Facebook onlayn bilet satışına başlayır

05-12-2015

"Biletim.az" portalına yeni funksiya əlavə olunub

05-05-2026

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə