Previous Next
Bağla

Sərnişinlər geri dönüş biletini onlayn ala bilmir- Problem

29-09-2015 15:52
Sərnişinlər geri dönüş biletini onlayn ala bilmir- Problem

Məlumat verdiyimiz kimi, Beynəlxalq Avtovağzalın rəsmi saytı vasitəsilə (www.bbak.az)  biletlərinizi onlayn əldə etmək mümkündür. Belə ki, saytda qeydiyyatdan keçməklə  sizə uyğun olan reyslərə bilet sifariş edə və reyslə bağlı  hər hansı bir dəyişiklik haqqında mütəmadi olaraq məlumat əldə edə bilirsiniz.

Avtobuslara onlayn bilet satışı sistemi ilə sifarişlər hər gün səhər saat 07:00-dan 23:00-a qədər aparılır.

Qeyd edək ki, biletləri onlayn sifariş etdikdən sonra 2 gün ərzində yaxınlaşıb avtovağzalın kassasından əldə etmək lazımdır.

Xeberler.az-ın məlumatına görə, hazırda vətəndaşlar rayonlara səfər etmək üçün saytdan onlayn bilet sifariş edə biləsələr də, geri dönüş üçün bilet  ala bilmirlər.

Bayram günlərində də vətəndaşlar eyni problemlə qarşılaşıb.

Xeberler.az-ın mail ünvanına göndərilən müraciətlərdə vətəndaşların narazılığı öz əksini tapıb.

Mürciətlərdə rayona bir neçə günlük tətil məqsədilə yollanan vətəndaşların geri dönüş biletini sayt vasitəsi ilə əldə edə bilmədiyi vurğulanır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Xeberler.az-a məsələ ilə bağlı bildirib ki, yaxın vaxtlarda rəsmi saytdan  gediş dönüş bilet almaq da mümkün olacaq.

Məlumatda qeyd edilib ki, yaxın günlərdə saytda da yenilənmə işləri aparılacaq. Və bundan sonra vətəndaşlar üçün bilet almaq və məlumat öyrənmək daha da asan olacaq.

Qeyd edək ki, vətəndaşların müraciətində avtobus sürücülərinin  onlayn bilet  alanlara qarşı haqsızlıq etdiyi də vurğulanır. Belə ki, onlayn bilet əldə edən sərnişin avtovağzala gələnə qədər sürücülər yerləri baha qiymətə başqa sərnişinlərə satır.

Sürücülər isə bunu onlayn bilet əldə edən vətəndaşın avtobusun qalxmasına çox az vaxt qalmış gəlməsi ilə əlaqələndirirlər.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018

“Biletim.az” ilə onlayn bilet alanların sayı 2 dəfə artıb

05-06-2025

“Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

08-05-2025

Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artır

11-07-2025

Onlayn bileti əldə etmək üçün kassaya getməlisiniz - Problem

27-03-2015

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

03-09-2025

Onlayn bilet satışı sistemində problemlər yaranıb

09-12-2015

AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfə artıb

08-04-2026

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

“Biletim.az” üzərindən onlayn bilet satışı 2 dəfə artıb

10-03-2026

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022

"Biletim.az" portalına yeni funksiya əlavə olunub

05-05-2026

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq

25-04-2024

Naxçıvana aviabiletləri “SİMA İmza” ilə almaq mümkün olacaq

23-09-2024

Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Azərpoçt yeni layihəyə start verib

01-11-2019

Onlayn bilet satışında nə problem var?

22-12-2015

Daha 3 istiqamət üzrə “biletim.az” portalından onlayn bilet almaq mümkün oldu

27-02-2023

DANX biletlərin qısa vaxt ərzində satılmasına aydınlıq gətirilib

27-04-2022

Noyabra olan avtobus biletlərini onlayn almaq mümkündür

22-10-2022

Muzey ziyarətləri üçün onlayn bilet almaq mümkün olacaq

19-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə