“Dövlət orqanları üzrə 450-dən çox elektron xidmət qiymətləndirilib”

19-08-2016 / 11:34

ASAN xidmət bu günə kimi 11 milyondan çox vətəndaş müraciəti üzrə xidmət göstərib.

Xeberler.az Report-a istinadən məlumat verir ki,  bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

O xatırladıb ki, ASAN xidmət-in yaradılmasında məqsəd dövlət idarəçiliyində innovasiyaların tətbiqi, şəffaflığın artırılması, dövlət xidmətlərinin təkmilləşdirilməsi və elektron xidmətlərə keçidin sürətləndirilməsidir:

“Hazırda respublikada 10 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 250 dən çox dövlət və özəl xidmətləri göstərilir”.

Onun sözlərinə görə, ASAN xidmət indeksinə uyğun olaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlər artıq hər il sistemli şəkildə qiymətləndirəcək: “Xidmətlərin vahid məkandan göstərilməsi, xidmət proseslərinin sadələşdirilməsi, optimallaşdırılması, vahid standartların formalaşdırılması üçün geniş imkanlar yaradılıb”.

Sədr bildirib ki, dövlət agentliyi elektron xidmətlərin təşkili ilə yanaşı elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirir:

“Artıq 40 dövlət orqanı üzrə 450-dən çox elektron xidmətlər qiymətləndirilib”.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə