Previous Next
Bağla

ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

22-06-2019 15:09
ASAN-ın nailiyyətləri BMT-də qiymətləndirilir

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə “ASAN xidmət”in fəaliyyətinə dair məktub ünvanlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a bildiriblər ki, həmin sənəd BMT Baş Assambleyasının sənədi kimi yayılıb.

Məktub Dayanıqlı İnkişaf üçün İnformasiya və Kommunikasiya Texnologiyaları: Cənub-Cənub Əməkdaşlığı, sosial inkişaf mövzuları üzrə BMT Baş Assambleyası Gündəliyinin bəndləri əsasında dərc olunub.

“Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyi” və bütün Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması əhəmiyyətli rola malikdir. Bu istiqamətdə 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılıb.

Məktubda ölkə ərazisində olan 15 “ASAN xidmət” mərkəzində 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən “one-stop-shop” prinsipi əsasında 320-dən çox müxtəlif xidmətin həyata keçirildiyi qeyd olunur. Mərkəzlərdə qabaqcıl informasiya texnologiyaları tətbiq olunur, Azərbaycan və xarici ölkə vətəndaşlarına, eyni zamanda, hüquqi şəxslərə dövlət və özəl xidmətləri səmərəli, şəffaf formada göstərilir.

“ASAN” elektron xidmətlərin (e-xidmət) göstərilməsini sürətləndirir. Hazırda “Elektron hökumət” portalında 450 müxtəlif e-xidmət təmin edilir.

Gündəlik olaraq hər bir mərkəz üzrə 3 mindən çox olmaqla bu günə qədər 30 milyona yaxın müraciətin qəbul olunduğu mərkəzlərin şəbəkəsinə tezliklə beş yeni mərkəzin açılması ilə xidmət coğrafiyası genişləndiriləcək. Statik mərkəzlərdən əlavə səyyar xidmət avtobusları vasitəsilə ölkə ərazisi üzrə 2 milyona yaxın əhaliyə xidmət göstərilib.

“ASAN xidmət” dünyada ən yaxşı dövlət xidmətlərinin göstərilməsi mexanizmini həyata keçirdiyi üçün 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görülüb. Mükafat “ASAN”ın vətəndaşyönümlü, müasir, şəffaf, innovativ və əlçatan dövlət xidmətlərinin göstərilməsi mexanizmi üzrə beynəlxalq nümunəvi modeli kimi tanınması əsasında verilib.

“ASAN” İndoneziya, Monteneqro, Mərakeş, Uqanda və Özbəkistanda fəaliyyət göstərən oxşar beynəlxalq agentlik və qurumlarla fəal əməkdaşlıq edir.

İyunun 24-dən 26-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu keçirəcək. “Səmərəli Dövlət Xidmətlərinin Çatdırılması, Hesabatcıl İnstitutlar və İnnovativ Transformasiya vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması” adlanan forumda səmərəli xidmətlərin göstərilməsi və 2030 Gündəliyinin kəsişən əsas prinsipi olan, heç kim kənarda qalmadan Dayanıqlı İnkişaf Məqsədlərinə keçid üçün dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirə platforması yaradılacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

“ASAN xidmət” qabaqcıl təcrübə kimi qiymətləndirilib

18-03-2026
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

BMT tədbirində “ASAN xidmət”in qlobal əhəmiyyəti vurğulanıb

01-06-2023
Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

“ASAN xidmət” BMT-nin mükafatına layiq görüldü

12-05-2015
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
Ölkələrə  ASAN xidmət təcrübəsi nümunə göstərilir

Ölkələrə ASAN xidmət təcrübəsi nümunə göstərilir

13-02-2017
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

“ASAN xidmət”in innovasiyaları Azərbaycanın reytinqinə töhfə verir

24-09-2024
Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019
Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026
“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

“ASAN xidmət” növbəti dəfə Dövlət Xidmətləri Forumunda təmsil olunub

25-06-2025
ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

ASAN xidmət səfirliklərə və konsulluqlara notanın verilməsi xidmətlərinə başlayıb

01-03-2019
"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

11-12-2019
Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025
Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri istifadəyə verilib

Efiopiyada “ASAN xidmət” modeli əsasında xidmət mərkəzləri istifadəyə verilib

25-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə