Previous Next
Bağla

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə üzrə qeydiyyat başa çatıb

28-09-2015 13:13
Dövlət qulluğuna qəbulla bağlı müsabiqə üzrə qeydiyyat başa çatıb

Bu il avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 30 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 130 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması sentyabrın 26-da başa çatıb.

Komissiyadan Xeberler.az-a bildiriblər ki, müsabiqə üzrə 846 namizəd qeydiyyatdan keçib.

Ən çox namizədin qeydə alındığı dövlət orqanları Energetika Nazirliyi (286 nəfər), Nəqliyyat Nazirliyi (130 nəfər) və Bakı Ağır Cinayətlər Məhkəməsi (101 nəfər) olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti Bakı Şəhər Nəsimi Rayon Məhkəməsi üzrə (1 vakant yerə ortalama 44 nəfər) qeydə alınıb.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək. Qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa biləcəklər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilməsi nəzərdə tutulub.

Kompüter vasitəsilə imtahanın keçirilməsini təmin etmək məqsədilə hazırlanmış “Dövlət qulluğuna qəbul - Test imtahanı” sistemi haqqında məlumatın videotəqdimatı ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) ətraflı tanış ola bilərlər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test imtahanı dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər üzrə 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığından ibarət olur.

Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az) yerləşdirilib. İmtahan zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başlayır

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başlayır

14-09-2015
ASAN xidmət-də işləmək istəyənlərin nəzərinə

ASAN xidmət-də işləmək istəyənlərin nəzərinə

16-09-2015
Nazirlikdə işləmək istəyənlər üçün test imtahanı başladı

Nazirlikdə işləmək istəyənlər üçün test imtahanı başladı

23-09-2015
Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

Dövlət Komissiyası onlayn sınaq test imtahanı xidmətini işə salıb.

13-06-2014
ASAN xidmət-ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb

ASAN xidmət-ə qəbulla bağlı keçirilən test imtahanları başa çatıb

22-09-2015
“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

“Onlayn sınaq test imtahanları” elektron xidmətinə dəyişiklik edilib

19-05-2015
Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

16-09-2015
Hazırda keçirilən imtahan canlı yayımlanır

Hazırda keçirilən imtahan canlı yayımlanır

27-01-2018
RYTN-nin  vakansiyalarına sənəd verən namizədlərdən 13-ü müsabiqə qalibi olub

RYTN-nin vakansiyalarına sənəd verən namizədlərdən 13-ü müsabiqə qalibi olub

18-04-2015
Bu qurumlarda yüksək vəzifələr boş qalıb

Bu qurumlarda yüksək vəzifələr boş qalıb

07-09-2018
Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017
Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna müsabiqənin test imtahanı mərhələsində elektron sınaq imtahanları keçiriləcək

26-11-2018
Nazirlik vakansiya elan edir

Nazirlik vakansiya elan edir

18-09-2015
Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

01-06-2015
İnformatika müəllimləri neçə bal toplayıb?

İnformatika müəllimləri neçə bal toplayıb?

04-08-2017
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017
TQDK onlayn sınaq imtahanı keçirir

TQDK onlayn sınaq imtahanı keçirir

10-03-2015
DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018
Nazirlik  vakansiya elan edir

Nazirlik vakansiya elan edir

14-08-2015
Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

Doktoranturaya qəbul imtahanları test texnologiyaları əsasında keçirilib

27-11-2015
Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

Müəllimlərin işlə bağlı elektron ərizələrinin qəbuluna başlanılacaq

05-05-2015
Nazirlik vakansiya elan edir

Nazirlik vakansiya elan edir

28-10-2015
Dövlət qulluğuna hazırlaşanların nəzərinə

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017
ASAN xidmət mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

ASAN xidmət mərkəzlərində işləmək istəyən vətəndaşların nəzərinə

08-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə