Previous Next
Bağla

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026 12:35
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Rumıniyanın Buxarest şəhərində rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və kiberdiplomatiya mövzularına həsr olunmuş “Digital Innovation Summit Bucharest 2026” beynəlxalq sammiti keçirilib. Rumıniya Parlamentində təşkil olunan üç günlük sammit Rumıniya Deputatlar Palatasının və Rumıniya Hökumətinin dəstəyi ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu –"ICI Bucharest" tərəfindən təşkil olunub.

Xeberler.az Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən məlumat verir ki, tədbirdə müxtəlif ölkələrdən dövlət qurumlarının rəhbərləri, nazirlər, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin özəl sektordan ekspertlər iştirak ediblər.

Tədbirdə iştirak edən XRİTDX-nin Baş idarə rəisinin müavini Tural Məmmədov “Regional münaqişələrin idarə olunmasında kiberdiplomatiyanın rolu və alətləri” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. O, çıxışında kiberməkanın müasir təhlükəsizlik mühitində strateji əhəmiyyətindən, rəqəmsal mühitdə yaranan çağırışlar fonunda kiberdiplomatiyanın rolundan və dövlətlərarası əməkdaşlığın vacibliyindən bəhs edib.

Eləcə də, XRİTDX-nin mətbuat katibi Saidə Bayramova “Deepfake" və generativ süni intellekt dövründə medianın dayanıqlığı” mövzusunda keçirilən panel müzakirədə çıxış edərək, süni intellekt texnologiyalarının inkişafı ilə əlaqədar informasiya mühitində yaranan yeni risklərdən, xüsusilə "deepfake" texnologiyaları vasitəsilə yayılan manipulyativ məzmun, fişinq hücumları və dezinformasiya halları ilə mübarizənin əhəmiyyətindən danışıb.

Sammit çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt texnologiyalarının tətbiqi və informasiya mühitində dayanıqlılığın təmin olunması kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu – ICI Bucharest arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan anlaşma memorandumu 2023-cü ildə Buxarestdə keçirilmiş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb. Memorandum iki qurum arasında kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025
XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024
AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

26-09-2024
Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024
Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

25-09-2024
XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024
Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

18-03-2025
XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

25-09-2024
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

ETX nümayəndələri “Cyber Security Summit 2025”də iştirak ediblər

13-10-2025
Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

Azərbaycan “Regional Kibertəhlükəsizlik Həftəsi”də təmsil olunub

16-09-2025
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

03-02-2026
Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026
İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024
İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

İsveçrədə Qlobal Kibertəhlükəsizlik Konfransı keçirilib

02-12-2024
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə