Previous Next
Bağla

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026 22:21
XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

Milli Müdafiə Universitetində rəqəmsal transformasiya və innovativ texnologiyalar mövzusunda seminar keçirilib

Xeberler.az məlumat verir ki, 2026-cı il 24 aprel tarixində Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda “Rəqəmsal Transformasiya və İnnovativ Texnologiyalar” mövzusuna həsr olunmuş elmi seminar təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

Seminarı giriş nitqi ilə açan Milli Müdafiə Universitetinin elm və təhsil üzrə rektor müavini, professor, general-mayor Arif Həsənov çıxışında Prezidentin 27 fevral 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın əhəmiyyətini vurğulayıb. O, bu sənəd çərçivəsində dövlət qurumları və təhsil müəssisələrinin üzərinə düşən vəzifələr, eləcə də milli müdafiə və təhlükəsizlik sistemində innovativ texnologiyaların tətbiqi perspektivləri barədə danışıb.

Daha sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov “Kritik informasiya infrastrukturlarının qorunması kontekstində rəqəmsal transformasiya: milli strategiyalar, texnoloji trendlər və kibertəhlükəsizlik çağırışları” mövzusunda çıxış edib. O, kritik infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin olunmasında rəqəmsal texnologiyaların rolu, milli səviyyədə strateji yanaşmalar və mövcud təhdidlər barədə ətraflı məlumat verib.

XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəisi Murad Balayev isə “Süni intellektin kibertəhlükəsizlik ekosistemində rolu: tətbiq istiqamətləri və adaptiv müdafiə yanaşmaları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda süni intellektin kibertəhlükəsizlik sahəsində tətbiqi, “deepfake”, səs saxtalaşdırılması kimi müasir təhdidlər, eləcə də adaptiv və proaktiv müdafiə mexanizmləri izah olunub.

Seminar çərçivəsində dövlət qurumları və təhsil müəssisələrinin rolu, eləcə də milli müdafiə və kibertəhlükəsizlik sistemində innovativ texnologiyaların tətbiqi perspektivləri ətrafında müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi beynəlxalq tədbirlərdə iştirak edib

23-06-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib

06-05-2024
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan kibertəhlükəsizliyə dair beynəlxalq tədbirdə təmsil olunub

29-01-2026
XRİTDX beynəlxalq seminarda iştirak edib

XRİTDX beynəlxalq seminarda iştirak edib

19-12-2024
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025
Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

Kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib

07-05-2026
Ukrayna Azərbaycana kiberdayanıqlılıq mərkəzinin yaradılmasında tərəfdaşlıq təklif edir

Ukrayna Azərbaycana kiberdayanıqlılıq mərkəzinin yaradılmasında tərəfdaşlıq təklif edir

09-10-2025
Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

Dövlət Xidməti kiberpoliqonda praktiki məşğələ keçirib

25-06-2026
Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib

Azərbaycanın yeni kibermüdafiə üsulları Sülh və Təhlükəsizlik Naminə Elm proqramı tərəfindən təsdiqlənib

15-10-2024
Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Yaponiya nümayəndə heyəti ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

04-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə