Previous Next
Bağla

Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək

25-09-2024 17:23
Osman Gündüz: Rumıniya ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq platformalarda mövqeyini gücləndirəcək
Bu gün XRİTDX, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb.
 
Qeyd edək ki, imzalama bu gün keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransı çərçivəsində baş tutub. Memorandumda Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinin yaradılması da nəzərdə tutulub.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, indiyədək kiberdiplomatiya sahəsində ABŞ, Çin, Rusiya, İsrail, Rumıniya, Estoniya və s. kimi ölkələr söz sahibi idilər:
 
"Ötən il XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kiberdiplomatiya üzrə regional təmsilçilik Azərbaycana verilib. Artıq adı çəkilən Tvinninq Mərkəzində ölkəmizdə kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqəsdilə təlimlər təşkil olunacaq".
 
Osman Gündüz bildirib ki, Tvinninq Mərkəzi tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı əlaqəni genişləndirməyi nəzərdə tutur. Beynəlxalq təlimçilər bu prosesə cəlb olunacaq. Həm yerli, həm də beynəlxalq diplomatlar, kibersəfirlər bu təlimlərdə və tədqiqatlarda iştirak edəcəklər.
 
Ekspert qeyd edib ki, “ICI Buxarest” də Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək:
 
"Xatırladıram ki, Rumıniya kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində fəal iştirak edən ölkələrdən biridir. Rumıniya, xüsusilə NATO və Avropa Birliyi çərçivəsində bu sahədə əhəmiyyətli rol oynayır. Ölkə NATO-nun Kiber Müdafiə sahəsində strateji tərəfdaşlarından biri kimi çıxış edir.
 
Bu baxımdan, düşünürəm ki, kiberdiplomatiya və kibertəhlükəsizlik sahəsində Azərbaycanın Rumıniya ilə əməkdaşlığı həm ölkədə bu sektorun inkişafına, həm də Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin güclənməsinə müsbət təsir göstərəcək".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

XRİTDX və “ICI Buxarest” arasında Anlaşma Memorandumu imzalanıb

25-09-2024
AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

AGERPRES Azərbaycan-Rumıniya əməkdaşlığı barədə məqalə yayımlayıb

26-09-2024
Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

Azərbaycan kibertəhlükəsizlik sahəsində Rumıniya ilə əməkdaşlıq edəcək

25-09-2024
Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzində ilk təlim keçirilib

18-03-2025
XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

XRİTDX beynəlxalq sahədə əməkdaşlığı davam edir

20-12-2024
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025
Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

Azərbaycan Rəqəmsal İnnovasiyalar Sammiti və Kiberdiplomatiya üzrə Beynəlxalq konfransda təmsil olunur

17-04-2024
İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”

25-09-2024
Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

Prorektor: Kibertəhlükəsizliklə bağlı problemlərin həllinin ən vacib sütunlarından biri insan resurslarıdır

25-09-2024
Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

Azərbaycan Rumıniya ilə 8 istiqamət üzrə birgə tədqiqatlar aparacaq

26-04-2023
Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

Bakıda Kiberdiplomatiya üzrə beynəlxalq konfrans keçirilir

25-09-2024
Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024
XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

XRİTDX Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında əməkdaşlığını davam etdirir

29-10-2023
Dünyanın ilk kiberdiplomatiya məktəbi açılıb

Dünyanın ilk kiberdiplomatiya məktəbi açılıb

23-07-2019
Azərbaycan və Rumıniya arasında İT sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan və Rumıniya arasında İT sahəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb

29-09-2009
 Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

Dövlət Xidmətinin nümayəndələri “CyCon 2025”də iştirak edir

30-05-2025
Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

01-10-2024
Elmir Vəlizadə: “Kiberdiplomatiyadakı təcrübə beynəlxalq hüquqi çərçivəyə çevrilməlidir”

Elmir Vəlizadə: “Kiberdiplomatiyadakı təcrübə beynəlxalq hüquqi çərçivəyə çevrilməlidir”

25-09-2024
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasını istifadəyə verilib

03-02-2026
Estoniya Azərbaycanda kiberdiplomatiyanın inkişafını dəstəkləyəcək

Estoniya Azərbaycanda kiberdiplomatiyanın inkişafını dəstəkləyəcək

05-09-2025
Rasim Əliquliyev: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır

Rasim Əliquliyev: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır

15-10-2024
Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

19-02-2025
“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə