Previous Next
Bağla

Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

28-08-2018 15:12
Azercell Diaspor Gənclərinin I Yay düşərgəsində iştirak etdi

Gənclərin təhsilinə və inkişafına xüsusi önəm verən, bu sahədə müxtəlif sosial layihələri həyata keçirən Azercell Telekom MMC Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Cümhuriyyətin 100 illiyi Diaspor Gənclərinin I Yay düşərgəsinə dəstək verib.

Xeberler.az məlumat verir ki, tədbirin açılış mərasimində Azercell tərəfindən qonaqlara hədiyyələr təqdim olunub. Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov isə tədbirdə məruzəçi qismində iştirak edib.

Belə ki, İmran Bağırov Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirilən layihələr, gənc startapların inkişafında və yeni bizneslərin qurulmasında Baramanın rolundan danışıb. İ. Bağırov 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.

Qeyd edək ki, avqustun 22-dən 28-dək davam edən Diaspor Gənclərinin I Yay düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya, İngiltərə, bir sözlə, 37 ölkədən 140 diaspor gənci iştirak edib. Tədbir çərçivəsində ictimai şəxslər, millət vəkilləri, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşlər baş tutub. Düşərgədə gənclər siyasəti, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifçilik irsi, idman, diaspor mövzusu mediada və s. kimi mövzularda ekspertlərin iştirakı ilə müzakirələr təşkil edilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Barama Graduation Ceremony tədbiri baş tutub

04-08-2018

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Azercell-in dəstəyi ilə Big Data Day tədbiri keçirilib

18-05-2016

Azercellin departament rəhbəri işdən ayrılıb

09-07-2019

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

Startapçı həyatından bir gün

12-10-2018

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Azercell Gələcəyi qur layihəsində məktəblilərə dəstək oldu

06-10-2018

Barama Media Mərkəzi istifadəyə verildi-Foto

28-03-2017

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Azercell mükafata layiq görüldü

03-11-2015

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022

Azərbaycanda yeni diaspor saytı fəaliyyətə başladı

21-01-2019

Azercell Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət konfransında iştirak etdi

16-10-2015

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

11-12-2018

Onbranch startapından Gənc Ol istifadəçiləri üçün yeni imkanlar

07-09-2018

Azercell-dən ADNSU tələbələrinə əməkdaşlıq imkanı

05-04-2016

Növbəti startap turu Qubada keçiriləcək

07-06-2018

"Barama" fəaliyyətini İnnovasiyalar Agentliyində davam etdirəcək

04-07-2019

Azercell Uşaq Paralimpiya İdman Oyunlarına dəstək olub

12-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə