Previous Next
Bağla

Azərbaycan dilində süni intellekt platformasının yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb

26-01-2024 12:50

Bu gün İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Xeberler.az xəbər verir ki, 4SİM-in icraçı direktoru Fariz Cəfərov media nümayəndələrinə qurumun ötən il ərzindəki fəaliyyəti, Dünya İqtisadi Forumu ilə birgə icra edilən layihələr və təşəbbüslər, dövlət qurumları ilə əməkdaşlıq, həyata keçirilən tədbirlərlə bağlı məlumat verib.

Bildirib ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi 2023-cü ildə 50-dən çox təşəbbüs, 30-dan artıq yerli və beynəlxalq tədbirdə təşkilatçı və tərəfdaş qismində iştirak edib. Dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində dördüncü sənaye inqilabı (4Sİ) texnologiyalarının milli iqtisadiyyatda tətbiqinə dair uğurlu həllər, kənd təsərrüfatı, sənaye, səhiyyə, dövlət satınalmaları, media və təhsil sahəsində tətbiqinə dair 8 tədqiqat sənədi hazırlanıb.

"Rəqəmsal əkiz (digital twin), Azərbaycan dilində süni intellekt platforması (GenAI) və Müasir Texnologiyalar Mərkəzinin yaradılması ilə bağlı layihələrin icrasına başlanılıb. Generativ Süni İntellekt əsaslı “4SİM çatbotu”, “Gömrükdə 4Sİ həlləri”, “Azərbaycan güləşçiləri üçün rəqəmsal həllərin tətbiqi ilə onların rəqabət üstünlüklərinin gücləndirilməsi” layihələri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, sənayenin rəqəmsal transformasiyası məqsədilə SOCAR Polymer və “Azergold” şirkətləri üçün “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SİRİ) layihəsi uğurla icra edilib. 4SİM Dünya İqtisadi Forumunun (DİF) dünya üzrə mövcud 16 dördüncü sənaye inqilabı (4Sİ) mərkəzindən biri olmaqla yanaşı, MDB məkanında yeganə mərkəzdir. 4SİM 3 əsas istiqamətdə fəaliyyət göstərir: süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və rəqəmsal ticarət. Bu çərçivədə ötən il 4 startapın Çində keçirilən Yay Davos Forumunda iştirakına dəstək verilib" - deyə F. Cəfərov əlavə edib.

2024 - Yaşıl dünya naminə həmrəylik ili və COP29 çərçivəsində milli iqtisadiyyatın müxtəlif sektorlarında “yaşıl” texnologiyalardan istifadənin təşviqi və bu istiqamətdə startaplara dəstək məsələləri diqqət mərkəzində olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

4SİM və DİF strateji əməkdaşlıq prioritetlərini müəyyənləşdirir

14-04-2026
Bu il “yaşıl” texnologiyaların təşviqi və startaplara dəstək diqqət mərkəzində olacaq

Bu il “yaşıl” texnologiyaların təşviqi və startaplara dəstək diqqət mərkəzində olacaq

26-01-2024
Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

Azərbaycanda 4Sİ texnologiyalarının tətbiqi müzakirə edilib

13-07-2023
4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

4SİM və Avropa Süni İntellekt Mükəmməlliyi Mərkəzi əməkdaşlığı genişləndir

10-04-2026
Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

Kolumbiyanın 4Sİ Medellín Mərkəzi ilə onlayn görüş keçirilib

24-07-2025
Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

Dövlət xidmətlərində süni intellekt və rəqəmsal ticarət həllərinin tətbiqi genişləndirilir

07-05-2026
4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq

16-01-2026
Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

Fariz Cəfərov DİF-in Proqram rəhbəri ilə görüşüb

26-01-2026
Azərbaycan startapları Çində investisiya cəlb etmək şansı əldə edib

Azərbaycan startapları Çində investisiya cəlb etmək şansı əldə edib

05-03-2025
4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

4SİM Pekində keçirilən beynəlxalq forumda təmsil olunub

21-07-2025
4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

4sim: Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyanın icrasına 2025-ci ildə başlanılacaq

09-10-2024
4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

4SİM rəhbərliyi Silikon vadisində Azərbaycanlı icmanın üzvləri ilə görüşüb

29-05-2024
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026
4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025
4SİM ilə Çin təşkilatları arasında  memorandumlar imzalanıb

4SİM ilə Çin təşkilatları arasında memorandumlar imzalanıb

17-04-2025
Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

Dördüncü Sənaye İnqilabı texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

08-02-2022
“4Sİ Müzakirə Platforması”nın növbəti görüşü keçirilib

“4Sİ Müzakirə Platforması”nın növbəti görüşü keçirilib

15-10-2025
4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

27-06-2024
4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

4SİM DİF-in platformasında Azərbaycanın “NextGen” modelini təqdim edib

01-05-2026
4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

4SİM GTR2025 – Qlobal Texnologiya Forumunda təmsil olunub

11-06-2025
4SİM  Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

4SİM Süni İntellekt üzrə Qlobal Alyansa üzv olub

12-02-2025
4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

4SİM Dünya İqtisadi Forumunun regional tədbirində iştirak edib

31-10-2025
4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

4SİM Davosda əməkdaşlıq məsələlərini müzakirə edib

22-01-2025
Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi sürətləndiriləcək.

05-12-2023

sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə